31 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub-Fotolar

Aprel 15, 2026
Mədəniyyət
A A

 

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən Avropa.info-ya məlumat verilib ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Bakıdan gələn qonaqlar, şagirdlər iştirak ediblər.

Səfir Hüseyn Quliyev deyib ki, ölkələrimiz arasında münasibətlər XIV əsrdən başlayıb və bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsinə təkan verir. O qeyd edib ki, Azərbaycan nağıllarının özbək dilinə, özbək nağıllarının isə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması iki xalq arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında bu kimi nəşrlərin uşaq ədəbiyyatının inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu layihələr Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Direktor, həmçinin bildirib ki, Mədəniyyət Mərkəzinin layihələri çərçivəsində hər il Özbəkistanın kitabxanalarına Azərbaycan haqqında tərcümə edilərək nəşr olunmuş minlərlə kitab təmənnasız şəkildə təqdim olunur.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında bu cür nəşrlərin ərsəyə gəlməsini yüksək qiymətləndirərək qeyd edib ki, belə layihələr uşaq ədəbiyyatının inkişafı və oxu mədəniyyətinin təşviqi baxımından böyük əhəmiyyət daşıyır. O bildirib ki, bu kimi nəşrlər uşaqların dünyagörüşünün formalaşmasında və onların milli-mənəvi dəyərlərlə tanışlığında mühüm rol oynayır.

“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov çıxışında qeyd edib ki, bu kimi nəşrlər ciddi redaksiya və nəşr prosesi nəticəsində ərsəyə gəlir və uşaq ədəbiyyatının keyfiyyətli şəkildə təqdim olunması üçün mühüm rol oynayır. O, belə layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, nəşriyyat bu istiqamətdə gələcəkdə də oxşar layihələrin reallaşdırılmasında fəal iştirak etməyi planlaşdırır.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti və rəssam Nərmin Abdullayeva çıxışlarında belə təşəbbüsləri yüksək qiymətləndirərək uşaqların yaradıcılıq potensialının inkişafına göstərilən diqqətin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edib .

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub VİDEO

Əvvəlki Yazı

Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

Növbəti Yazı

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

XƏBƏR LENTİ

Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

30 May 2026 / 18:07
3
Vahid Mustafayev: “Uşağa ayrılan vəsait büdcə yükü deyil, milli gələcəyə investisiyadır”

Vahid Mustafayev: “Uşağa ayrılan vəsait büdcə yükü deyil, milli gələcəyə investisiyadır”

30 May 2026 / 12:39
15
Beynəlxalq Qalereyada Müstəqillik Gününə həsr olunan sərgi təşkil olundu – FOTO

Beynəlxalq Qalereyada Müstəqillik Gününə həsr olunan sərgi təşkil olundu – FOTO

29 May 2026 / 22:16
26
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:Kimdir Seyyidliyin məhvinin sifarişçiləri? -DNK analizləri: məqsəd və hədəflər

29 May 2026 / 9:13
126
Zərdabda biabırçı reklam löhvəsi

Zərdabda biabırçı reklam löhvəsi

28 May 2026 / 23:53
61
Milli və dini identiklik: İdeyadan praktik sosial mexanizmə – TƏHLİL

Milli və dini identiklik: İdeyadan praktik sosial mexanizmə – TƏHLİL

28 May 2026 / 13:26
5
28 May – Azərbaycanın istiqlal yoluna həsr olunmuş tədbir keçirilib-Fotolar

28 May – Azərbaycanın istiqlal yoluna həsr olunmuş tədbir keçirilib-Fotolar

26 May 2026 / 14:27
38
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

25 May 2026 / 21:49
3
Azərbaycan–Hindistan mədəni əlaqələrinə həsr olunan sərgi təşkil edilib – FOTO

Azərbaycan–Hindistan mədəni əlaqələrinə həsr olunan sərgi təşkil edilib – FOTO

25 May 2026 / 20:56
35
Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

23 May 2026 / 14:50
28
Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

23 May 2026 / 12:56
27
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

23 May 2026 / 9:47
134
“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

22 May 2026 / 14:25
69
“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

21 May 2026 / 20:44
61
Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

20 May 2026 / 17:25
93
Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

20 May 2026 / 13:00
67
Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

18 May 2026 / 21:32
107
 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

18 May 2026 / 21:27
149
Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

18 May 2026 / 18:48
82
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18 May 2026 / 11:47
82
2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
84
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
117
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
123
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
136
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
106
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
101
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
99
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
107
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
101
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
156
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.