Dünya

Çindən Türkiyəyə daha bir böyük investisiya

26 Mart 2025, 16:5269
Reklam728x90
Reklam320x100

Çində yerləşən elektrikli avtomobil istehsalçısı BYD-dən sonra başqa bir avtomobil istehsalçısı Chery də Türkiyəyə 1 milyard dollar sərmayə qoyacaq. Marka Samsunda qurulacaq müəssisələrdə yeni nəsil elektrik avtomobilləri və onların hissələrini istehsal edəcək.

Avropa.info xəbər verir ki, Çinin qabaqda gələn avtomobil markalarından biri olan Chery, Samsunda qurulacaq illik 200 min tutumlu müəssisələrində yeni nəsil elektrik avtomobilləri və hissələri istehsal edəcək.

Ar-Ge mərkəzində qurulması planlaşdırılan layihə, ümumilikdə  1 milyard  dollar  sərmayə ilə 5 mindən çox insanın məşğulluğunu təmin edəcək .

BYD-dən böyük investisiya

Çinin  BYD  şirkəti  ilə Sənaye və Texnologiya Nazirliyi  arasında Türkiyəyə investisiya üçün 1 milyard dollarlıq müqavilə imzalanıb .

Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollar sərmayə ilə illik 150.000 avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı mobillik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması gözlənilir. 2026-cı ilin sonunda istehsala başlaması planlaşdırılan obyektdə 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600