Manşet

Çin Bakının ŞƏT üzvlüyünü dəstəkləyir – Szinpin

31 Avqust 2025, 13:2015
Reklam728x90
Reklam320x100

Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib.

Avropa.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Si Szinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirib:

“Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır”.

O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600