Dünya

“Bu həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət bunu biz etməliyik”-Paruyr Ovannisyan

24 Yanvar 2025, 15:319
Reklam728x90
Reklam320x100

ABŞ-ın Ermənistanın sərhəd imkanlarının möhkəmləndirilməsinə dəstəyi Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına da kömək edəcək.

Avropa .info xəbər verir ki, bunu “Azadlıq Radiosu”nun erməni xidmətinə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

“Bu, həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət, bunu biz etməliyik. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə özü nəzarət etməlidir”, – XİN rəhbərinin müavini qeyd edib.

Xatırladaq ki, Rusiya sərhədçiləri bu il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki nəzarət-buraxılış məntəqələrindən çıxarılıb. Bundan əvvəl onlar İrəvanın “Zvartnots” aeroportunu tərk ediblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600