Dünya

Britaniya Ukraynaya 3 milyard dollar kredit ayırıb

2 Mart 2025, 12:3633
Reklam728x90
Reklam320x100

Böyük Britaniya müdafiə ehtiyacları üçün Ukraynaya 2,26 milyard funt-sterlinq və ya təxminən 3 milyard dollar kredit ayırıb.

Avropa.info xəbər verir ki, bununla bağlı martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivz müvafiq saziş imzalayıblar.

Qeyd olunur ki, imzalanma mərasimi onlayn rejimdə baş tutub. Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Key Starmer iştirak ediblər.

Maliyyə Nazirliyi izah edib ki, vəsait ümumi həcmi 50 milyard dollar olan G7 ölkələrinin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) mexanizminin bir hissəsidir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600