26 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Böyük ehtimal, AZAL təyyarəsinin “Pantsir” hədəfinə çevrilməsi təsadüfdür. Ancaq bu fakt Rusiya ilə bağlı dəhşətli faktları üzə çıxartdı

Dekabr 27, 2024
Siyasət
A A
Artıq hər kəsə aydındır ki, AZAL-ın 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb və ciddi zədələnib. Həm də o aydın oldu ki, Rusiya vurduğu təyyarənin eniş etməsinə icazə verməyib və onu hava məkanından “qovub”.

Böyük ehtimal, AZAL təyyarəsinin “Pantsir” hədəfinə çevrilməsi təsadüfdür. Ancaq bu fakt Rusiya ilə bağlı dəhşətli faktları üzə çıxartdı:

– Qroznı da daxil olmaqla, Rusiyanın bir çox şəhəri açıq hədəfdir. Ukrayna PUA-ları artıq bir neçə dəfə Qroznıda hərbi obyektləri və aerodromlarda hədəfləri məhv edib;

– Rusiya Moskva və Sankt-Peterburq istisna olmaqla, digər şəhərlərini qoruya bilmir – artıq Rusiyanın hava məkanı təhlükəsiz deyil;

– Aydın oldu ki, Rusiya konkret olaraq Qroznıya yalnız 2 PUA hücum edərkən mübarizə apara bilir. Cəmi 5 PUA Qroznı, Mahaçqala, Minvod da daxil olmaqla, bütövlükdə Şimali Qafqazı iflic etdi;

– Rusiya Qroznını qorumaq üçün yalnız son həftədə 2 “Pantsir” verə bilib, ancaq bu silahları idarə etməyə qadir olan peşəkarlar, hücum zamanı mükəmməl davranan kadrlar yoxdur. Adi bir dron hücumu Rusiyanı çökdürür, özlərini itirirlər, öz vətəndaşlarının da olduğu mülki təyyarəni vururlar və bundan sonra nə etmək lazım olduğunu belə bilmirlər;

– Rusiya o qədər zavallı hala gəlib ki, dron hücumu zamanı aeroportlarını bağlamağa çatdırıb qərar verə bilmir! Səbəb – PUA-ların vaxtında təsbit edilməməsi, görülməməsidir. Yoxsa Ukrayna PUA-ları az qala min km uçub, gəlib Mahaçqala, Qroznıda bu ölkəni iflic edə bilməzdi. Rusiya qüdrətli ölkə olsaydı, Ukrayna PUA-ları ölkə ərazisinə 20 km-dən artıq nüfuz edə bilməzdi;

– Aydın oldu ki, Rusiya öz dərisini qorumaqda artıq çətinlik çəkir: idarəetmə zəifdir, ali hərbi və siyasi rəhbərlik prosesə nəzarət edə bilmir. Əks halda federasiya subyektlərinin hər biri özünü qoçu kimi aparmazdı;

– Aydın oldu ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıya hücuma görə Ukraynanı “dəhşətlə” hədələməsi boş və mənasız pafosdur. Ukrayna PUA-ları Qroznıdakı hədəfləri darmadağın edəndən sonra Kadırov “qisas” vəd etmişdi. Ancaq “qisas”dan 10 gün keçir, PUA-lar yenə Qroznıda istədiyi obyektə hücum edə bilir və çeçen komandirləri o vəziyyətdə iflic edir ki, onlar mülki təyyarələri vururlar;

– Putin Rusiyası böyük itkilər hesabına Ukraynada irəliləyir, ancaq bu irəliləmə 3 ildir hələ də Donbas ərazisinin tam işğalına gətirib çıxarmayıb. Rusiya o vəziyyətə düşüb ki, Kurskdan Ukrayna qüvvələrini aylardır çıxara bilmir, bunun üçün Şimali Koreyaya yalvarıb, döyüşçü gətizdirir;

– Rusiya o qədər miskin duruma düşüb ki, Ukrayna Moskvanın göbəyində Müdafiə Nazirliyinin strateji qüvvələrinə rəhbərlik edən generalını adi bir miqrantın əli ilə öldürür…

Rusiya niyə Azərbaycandan üzr istəməyə tələsmir, olayı ört-basdır etməyə çalışır?

– Çünki Rusiyanın miskinliyini, zəifliyini dolayısı ilə etiraf etmiş olacaq;

– Çünki Rusiyada təhlükəsiz yer olmadığı ifşa olunacaq;

– Çünki “qüdrətli Rusiya” mifi dağılacaq.

Putin bir “Oreşnik”lə həftələrdir öyünür və bununla dünyanı hədələyir. Ancaq unudur ki:

– Qərb texnoloqları Rusiyanı bütün hərbi sirlərini ortaya qoymağa məcbur etdilər;

– Qərb Ukraynada geri çəkilməklə, Rusiyanın bütün silahlarını üzə çıxarmasına imkan yaratdı.

Rusiyanın üzə çıxarmadığı heç nə qalmayıb – qalsa belə, 1-2 raket ola bilər.

Ancaq Ukraynaya hələ də Qərbin ən məşhur raketləri verilməyib; raketlər bir yana, müharibənin 3-cü ili tamam olur, hələ də Ukrayna 10-15 ədəd istisna olmaqla, F-16-lar almayıb!

Bəs, yüzlərlə F-16, onlarla F-35 verilsə, Rusiya nə günə düşəcək?

Bəs, “Tomahavk” gəlsə, nə olacaq?

Bəs, “Taurus” verilsə?

Bu, hələ illərdir müzakirəsi gedən və verilməyən, adını əzbərlədiyimiz silahlardır.

Halbuki Rusiya yalnız HİMARS və ATACMS-in əlində əsir-yesir qalıb.

İndi isə bəlli olur ki, Ukrayna PUA-ları Rusiyanı iflic etməkdədir.

Hələ Ukraynaya ABŞ-ın MQ-9-ları verilməyib. Ukraynanın zəif dronlarına qarşı müdafiəsiz olan Rusiya şəhərləri “Reaper” qarşısında nə günə düşər?

Rusiya 25 dekabrda ifşa olundu – həm də çox eybəcər şəkildə! Məlum oldu ki, öz zəifliklərini ört-basdır etmək üçün Rusiya öz vətəndaşlarının da olduğu təyyarəni zədələyib, onu ölümə tərk etməyə hazırdır!

Böyük dövlət o vaxt olur ki, zəifliyə, xətaya görə üzr istəyir və dərhal zəif cəhətlərin düzəldilməsi barədə qərarlar alır!

Putin bilir ki, bu zəiflikləri düzəltmək mümkün deyil, ona görə də “sovet başı” ilə işləyir: problemin üstünə getmək əvəzinə “ört-basdır texnologiyası” tətbiq edilir.

Bu, çox ciddi faciələrin soraqçısıdır!

Əvvəlki Yazı

Respublika Gənclər Kitabxanasında dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Növbəti Yazı

“Biz baş verənləri görürük, amma heç nə deyə bilmərik”-Peskov

XƏBƏR LENTİ

Şəkidə su ehtiyatları müzakirə olundu-FOTOLAR

Şəkidə su ehtiyatları müzakirə olundu-FOTOLAR

26 İyul 2026 / 19:32
45
Əli Nikzad:”Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacaq”

Əli Nikzad:”Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacaq”

26 İyul 2026 / 18:45
5
Biləsuvarda yerli icmalar ekoloji problemlərin həllini müzakirə etdi – FOTO

Biləsuvarda yerli icmalar ekoloji problemlərin həllini müzakirə etdi – FOTO

26 İyul 2026 / 13:39
4
Mixalkov Azərbaycana qarşı: Qusmanı “beşinci kolon” elan etdi

Mixalkov Azərbaycana qarşı: Qusmanı “beşinci kolon” elan etdi

26 İyul 2026 / 9:51
16
İsrail Fələstin torpaqlarının qəsb edilməsini genişləndirməyi hədəfləyir

İsrail Fələstin torpaqlarının qəsb edilməsini genişləndirməyi hədəfləyir

26 İyul 2026 / 7:05
2
İstanbulda şəhər çevrilmə işləri çərçivəsində binanın eyvanları və divarları uçub

İstanbulda şəhər çevrilmə işləri çərçivəsində binanın eyvanları və divarları uçub

26 İyul 2026 / 7:01
1
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Bilgəhdə faciə: iki nəfər öldü

25 İyul 2026 / 19:51
12
ALMANİYADA DƏHŞƏTLİ QƏZA: Təyyarə yaşayış binasına çırpıldı

ALMANİYADA DƏHŞƏTLİ QƏZA: Təyyarə yaşayış binasına çırpıldı

25 İyul 2026 / 19:24
8
 Qızının başmaqlarını götürmək üçün bənd gölünə girən şəxs boğularaq ölüb

 Qızının başmaqlarını götürmək üçün bənd gölünə girən şəxs boğularaq ölüb

25 İyul 2026 / 18:34
5
Sabunçu rayonunda Market yanaraq külə döndü -Fotolar

Sabunçu rayonunda Market yanaraq külə döndü -Fotolar

25 İyul 2026 / 18:19
13
Fransanın cənub-qərbində yanğınlar səbəbindən 3 gündə təxminən 200 min insan təxliyə edilib

Fransanın cənub-qərbində yanğınlar səbəbindən 3 gündə təxminən 200 min insan təxliyə edilib

25 İyul 2026 / 17:47
2
Ağdamın bu  kəndlərində də  yanğın başladı

Ağdamın bu  kəndlərində də  yanğın başladı

25 İyul 2026 / 17:34
19
Şeybani: İsrailin Suriya ərazisini pozması bölgə üçün təhlükə yaradır

Şeybani: İsrailin Suriya ərazisini pozması bölgə üçün təhlükə yaradır

25 İyul 2026 / 17:07
14
Husilər: Səudiyyə Ərəbistanının Aramco obyektlərini hədəf aldıq

Husilər: Səudiyyə Ərəbistanının Aramco obyektlərini hədəf aldıq

25 İyul 2026 / 16:58
2
Gürcüstandakı işıq probleminə görə Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstandakı işıq probleminə görə Bakı-Tbilisi qatarı yolda qaldı

25 İyul 2026 / 16:47
3
OpenAI sağlamlıq məlumatlarını ChatGPT-ə köçürdü: Yeni xüsusiyyət risklər gətirir

OpenAI sağlamlıq məlumatlarını ChatGPT-ə köçürdü: Yeni xüsusiyyət risklər gətirir

25 İyul 2026 / 16:35
10
Suriyada avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb

Suriyada avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb

25 İyul 2026 / 16:31
14
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Loran Nunyes:”Fransada bu günə olan məlumata görə, yanmış torpaqların sahəsi 98 min hektardan bir qədər azdır”

25 İyul 2026 / 16:09
5
Bakıda oğurluq edən şəxslər həbs edilib

Bakıda oğurluq edən şəxslər həbs edilib

25 İyul 2026 / 15:44
5
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

25 İyul 2026 / 15:34
4
Güləş üzrə Dünya çempionatında dörd azərbaycanlı hakimlik edəcək

Güləş üzrə Dünya çempionatında dörd azərbaycanlı hakimlik edəcək

25 İyul 2026 / 12:58
1
AB-də elektrikli avtomobil satışları 1 ildə yüzdə 40-dan çox artıb

AB-də elektrikli avtomobil satışları 1 ildə yüzdə 40-dan çox artıb

25 İyul 2026 / 12:52
11
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5 min 546-ya yüksəlib

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5 min 546-ya yüksəlib

25 İyul 2026 / 10:50
17
Mısır Türkiyədən KAAN almaq niyyətindədir

Mısır Türkiyədən KAAN almaq niyyətindədir

25 İyul 2026 / 10:43
18
BDYPİ sürücülərə xəbərdarlıq etdi

BDYPİ sürücülərə xəbərdarlıq etdi

25 İyul 2026 / 10:31
9
Türkiyədə Bələdiyyənin şəxsi katibi velosipedindən yıxılaraq dünyasını dəyişib

Türkiyədə Bələdiyyənin şəxsi katibi velosipedindən yıxılaraq dünyasını dəyişib

25 İyul 2026 / 10:25
1
Astarada kişi mağazada öldü

Təmir sexində kişi meyiti tapılıb

25 İyul 2026 / 9:28
3
FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

25 İyul 2026 / 9:04
8
ABŞ kəşfiyyat orqanları Ali Lider Müctəba Xamenei haqqında maraqlı məlumatlar əldə edib

ABŞ kəşfiyyat orqanları Ali Lider Müctəba Xamenei haqqında maraqlı məlumatlar əldə edib

25 İyul 2026 / 8:57
3
Makron silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib

Makron silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib

25 İyul 2026 / 8:48
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.