13 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

İyul 3, 2026
Cəmiyyət
A A

“Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir; Valyuta risklərini azaldan bu addım mühümdür, lakin bank kreditlərinə çıxış, ağır girov şərtləri və icazələrdəki süründürməçilik hələ də parlament səviyyəsində həllini gözləyən fundamental problemlərdir”.

Avropa.info  xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev ölkədə biznes mühitinin liberallaşdırılması, Cinayət Məcəlləsində edilən son mühüm dəyişikliklər və sahibkarların yerlərdə qarşılaşdığı bürokratik əngəlləri parlament tribunasından kəskin şəkildə dilə gətirib.

“Müasir Biznes Bir Ölkəyə Sığmır”

Milllət vəkili parlament tribunasından Cinayət Məcəlləsinin 208-ci maddəsinin (“Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama”) ləğvinin sahibkarlığın inkişafı baxımından tarixi hadisə olduğunu vurğulayıb:

“Müasir biznes artıq yalnız bir ölkə daxilində aparılmır. Sahibkar mal ixrac edir, xaricdə tərəfdaşla işləyir, logistika xərci ödəyir, yeni bazara daxil olur və bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti müqaviləni yerinə yetirə bilsin. Belə vəziyyətdə hər gecikməni və ya hər maliyyə hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarın riskini artırır, onun qərarvermə azadlığını məhdudlaşdırırdı. Bu baxımdan 208-ci maddənin ləğvi sahibkarlığın və sahibkarın inkişafı baxımından çox mühüm hadisədir. Bu dəyişiklik yalnız bir maddənin ləğvi kimi yox, sahibkara münasibətin yumşalması kimi qəbul edilməlidir. Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır”.

“Bank Kreditləri və Ağır Girov Şərtləri Biznesi Sıxır”

Deputat dövlətin son illərdə həyata keçirdiyi müsbət islahatları və kənd təsərrüfatına dəstəyi təqdir etməklə yanaşı, real sektorda hələ də həllini tapmayan problemləri hökumətin diqqətinə çatdırıb:

“Dövlət son illərdə sahibkarlığın inkişafı üçün ciddi addımlar atıb. Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin genişləndirilməsini, qeyri-neft ixracının təşviqini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı 6 milyardlıq proqramın qəbul edilməsini müsbət qiymətləndirirəm. Bununla belə, sahibkar hələ də xeyli problemlə üz-üzədir: bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır. Bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır, məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları eyni səviyyədə deyil”.

“Sənədləşmə Tam Rəqəmsallaşmalıdır”

MCP lideri biznes obyektlərinin yaradılması zamanı icra strukturlarının yaratdığı süni əngəlləri tənqid edərək qanunvericilik səviyyəsində islahat təklifləri irəli sürüb:

“Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumşaltmaq kifayət deyil. Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. ‘Bir pəncərə’ sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar investisiya qoymaq, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə də sənədləşmə prosesi tam rəqəmsallaşmalı, müddətlər qanunla məhdudlaşdırılmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. Avropa ölkələrində, Gürcüstan və Qazaxıstanda riskəsaslı nəzarət modelinə üstünlük verilir. 208-ci maddənin ləğvi müsbət addımdır, lakin real effekt o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsın. Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar”.

Əvvəlki Yazı

Tailanddakı dəhşətli qəzanın – Video Görüntüləri

Növbəti Yazı

Coratda dənizdə 2 nəfər batdı – Biri xilas edildi, digərinin meyiti tapıldı

XƏBƏR LENTİ

Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:“Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq Ukraynaya şamil edilib”

13 Oktyabr 2026 / 9:36
41
Gəncədə 36 yaşlı kişi atası tərəfindən qətlə yetirilib-Video

Gəncədə 36 yaşlı kişi atası tərəfindən qətlə yetirilib-Video

13 Oktyabr 2026 / 8:46
12
Hava hücumu xəbərdarlığı çox gec elan edilib: Rusiya Kiyevə 6 ballistik raket atıb

Hava hücumu xəbərdarlığı çox gec elan edilib: Rusiya Kiyevə 6 ballistik raket atıb

13 Oktyabr 2026 / 8:39
6
Polşa Baş Naziri: Casus proqramlardan istifadə edərək həssas məlumatların İsrailə ötürülməsi dövlətə qarşı cinayətdir

Polşa Baş Naziri: Casus proqramlardan istifadə edərək həssas məlumatların İsrailə ötürülməsi dövlətə qarşı cinayətdir

13 Oktyabr 2026 / 1:11
1
Ər-Riyadın Kral Xalid hava limanına dünənki hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Husilər Ər-Riyad hava limanına ikinci dəfə ballistik raket atdılar

13 Oktyabr 2026 / 0:22
2
Bakı-Qazax yolunda sərnişin avtobusu yanaraq yararsız-hala düşüb Fotolar

Bakı-Qazax yolunda sərnişin avtobusu yanaraq yararsız-hala düşüb Fotolar

12 Oktyabr 2026 / 17:29
1
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

12 Oktyabr 2026 / 17:22
39
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Trampın Rusiya ilə dizel razılaşması kollektiv Qərbin Rusiyaya qarşı siyasəti ilə ziddiyyət təşkil edir”

12 Oktyabr 2026 / 13:30
56
“Biz hazırıq”: Sibiqa Ukraynada sülh prosesində irəliləyiş üçün şərtləri açıqladı

“Biz hazırıq”: Sibiqa Ukraynada sülh prosesində irəliləyiş üçün şərtləri açıqladı

12 Oktyabr 2026 / 13:24
11
Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

Razi Nurullayev:”Bakıya gələn sərnişinlərin real vəziyyəti nəzərə alınmalıdır”

12 Oktyabr 2026 / 13:10
38
İsrail heyvanlarını zəhərləyən şəxsin  İsrailli olduğu üzə çıxıb

İsrail heyvanlarını zəhərləyən şəxsin  İsrailli olduğu üzə çıxıb

12 Oktyabr 2026 / 9:12
12
“Onlar tez başa düşəcəklər”: NATO Avropanın Ukraynaya yardımı ilə nə baş verəcəyini proqnozlaşdırdı

“Onlar tez başa düşəcəklər”: NATO Avropanın Ukraynaya yardımı ilə nə baş verəcəyini proqnozlaşdırdı

12 Oktyabr 2026 / 8:13
7
Cəbhə xəttində yüksək səslə xəyanət: elit bir xüsusi dəstə Zelenski və Drapatoya qarşı çıxdı

Cəbhə xəttində yüksək səslə xəyanət: elit bir xüsusi dəstə Zelenski və Drapatoya qarşı çıxdı

12 Oktyabr 2026 / 7:46
7
Ər-Riyadın Kral Xalid hava limanına dünənki hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Ər-Riyadın Kral Xalid hava limanına dünənki hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

12 Oktyabr 2026 / 7:26
7
Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: Erkən nikahlar qız uşaqlarının gələcəyini təhlükə altına alır

11 Oktyabr 2026 / 19:38
12
“Gözəl və Bədheybət” yenilənmiş səhnə tərtibatı ilə yenidən Kukla Teatrında – FOTO

“Gözəl və Bədheybət” yenilənmiş səhnə tərtibatı ilə yenidən Kukla Teatrında – FOTO

10 Oktyabr 2026 / 21:04
5
Tramp Rusiya ilə bağladıqları dizel müqaviləsinə görə Putinə təşəkkür edib

Tramp Rusiya ilə bağladıqları dizel müqaviləsinə görə Putinə təşəkkür edib

10 Oktyabr 2026 / 4:03
9
Ortaq siyasi iradə və konstruktiv təşəbbüslər: Mərkəzi Asiya ilə əməkdaşlıq dərinləşir

Ortaq siyasi iradə və konstruktiv təşəbbüslər: Mərkəzi Asiya ilə əməkdaşlıq dərinləşir

09 Oktyabr 2026 / 20:46
9
Əliyevin Putin və Pezeşkianla görüşü başladı

Əliyevin Putin və Pezeşkianla görüşü başladı

09 Oktyabr 2026 / 15:05
3
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirildi

Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirildi

09 Oktyabr 2026 / 15:00
3
Türkiyədə 2 ton 200 kiloqram marixuana ələ keçirilib

Türkiyədə 2 ton 200 kiloqram marixuana ələ keçirilib

09 Oktyabr 2026 / 11:09
4
Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

09 Oktyabr 2026 / 11:01
65
OpenAI: İran agentləri ABŞ mediasında saxta xəbərlər dərc etmək üçün süni intellektdən istifadə ediblər

OpenAI: İran agentləri ABŞ mediasında saxta xəbərlər dərc etmək üçün süni intellektdən istifadə ediblər

09 Oktyabr 2026 / 8:17
12
Trampdan Rusiyadakı şübhəli epidemiya ilə bağlı SENSASİON AÇIQLAMA:

Trampdan Rusiyadakı şübhəli epidemiya ilə bağlı SENSASİON AÇIQLAMA:

07 Oktyabr 2026 / 22:42
11
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

07 Oktyabr 2026 / 12:57
19
Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

07 Oktyabr 2026 / 9:06
9
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

07 Oktyabr 2026 / 8:52
18
Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

07 Oktyabr 2026 / 7:37
17
Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

07 Oktyabr 2026 / 7:20
10
Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

06 Oktyabr 2026 / 16:49
28
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.