Hadisə

Beş hərbçimiz Kəlbəcərdə minaya düşüb

6 Avqust 2025, 07:0370
Reklam728x90
Reklam320x100

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.

Avropa.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.

E.Tanrıverdiyev Goranboy rayon sakinidir.

***

Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş.

Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600