Ölkə

Baş Nazir Əli Əsədov Mirça Abrudeanla görüşdü

14 Aprel 2025, 17:5846
Reklam728x90
Reklam320x100

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.

Siyasi dialoqun yüksək səviyyədə olduğu bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.

Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Rumıniya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.

Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600