Ölkə

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb – FOTOLAR

8 May 2025, 20:0570
Reklam728x90
Reklam320x100

“AzerGold” QSC tərəfindən şirkətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən növbəti sosial təşəbbüsün həyata keçirilməsinə başlanılıb.

Avropa.info xəbər verir ki, “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi @honeycake_pastryschool və @social.art.baku peşəkar təlimçilərin iştirakı ilə Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan 15 nəfər qadın qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlim proqramlarına cəlb edilib.

Proqramların əsas məqsədi şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi, inklüziv cəmiyyətin qurulmasına töhfələrin verilməsidir.

Layihə çərçivəsində iştirakçılar beynəlxalq dərəcəli qənnadçı ekspert Gülnar Rəsulova tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanacaq. Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar @tktaeduaz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər.

Avropa.info

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600