Manşet

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı Timço Mutsunskini ilə görüşüb-Fotolar

12 Mart 2025, 11:5973
Reklam728x90
Reklam320x100

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı Timço Mutsunskini ilə görüşüb.

Avropa.info xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksəksəviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.

Həmçinin enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.

Ceyhun Bayramov həmkarına regionumuzdakı münaqişədən sonrakı vəziyyət barədə məlumat verib.

Nazirlər tərəfindən Azərbaycan Hökuməti və Şimali Makedoniya Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş imzalanıb.

 







Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600