Dünya

“Avropanın böyük dövlətlərinin liderləri bu məsələdə təşəbbüsü ələ almaq fürsətini itirdilər”-Orban

18 Fevral 2025, 11:0738
Reklam728x90
Reklam320x100

Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Avropa ölkələri artıq Ukrayna ilə bağlı danışıqların nəticələrini qəzetlərdən öyrənməli olacaqlar.

Avropa.info xəbər verir ki, Orban bu ssenarini üç il qabaqcadan gördüyünü də deyib.

Baş nazir Brüsseli uğursuz strategiyasını dəyişməyə çağırıb:

“Xüsusilə ağrılı olan odur ki, Avropa indi Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqları qəzetlərdən öyrənməyə çalışır. Avropanın böyük dövlətlərinin liderləri bu məsələdə təşəbbüsü ələ almaq fürsətini itirdilər. Onlar münaqişənin tərəfində qalıblar. Bu da onları məsələlərdən uzaq salır. Noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitindən əvvəl Avropadakı vəziyyəti dəyişməyə çalışmaq lazımdır”.

Macarıstanın Baş naziri Ukraynada sülhün yalnız Rusiya və ABŞ arasında danışıqlar yolu ilə əldə oluna biləcəyini vurğulayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600