Dünya

“Avropa və ABŞ-yə müraciət elədik, amma buna məhəl qoyulmadı”-Zelenski

29 Yanvar 2025, 18:169
Reklam728x90
Reklam320x100

Rusiya hələ müharibədən əvvəl Ukrayna ilə sərhədlərində qoşun yerləşdirməyə başlayanda silah və sanksiyalarla bağlı yardım üçün Avropa və ABŞ-yə müraciət elədik, amma buna məhəl qoyulmadı.

Avropa.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, müharibədən əvvəl şəxsən ABŞ-nin o zamankı prezidenti Co Baydenə Ukrayna sərhədləri yaxınlığında qoşunların toplanmasına cavab olaraq, Rusiyaya qarşı lazımi addımların atılması üçün müraciət edib:

“Paralel olaraq Avropa İttifaqı ölkələrinə müraciət elədim, onlar ABŞ-nin icazəsi olmadan bunu edə bilməzdilər. Buna görə də həmişə liderlərinə – ABŞ-yə baxırlar. Beləliklə, böyük işğal zamanı ukraynalılar tək qaldılar, təkbaşına vuruşduq”.

 

Zelenski Rusiya ilə müharibədə ABŞ-nin yeni Prezidenti Donald Trampdan real dəstək ümid etdiyini də vurğulayıb:

“Prezident Trampın Putini sülhə məcbur etmək istəyi varsa, bunu edə bilər. Biz onun ədalətin, Ukraynanın tərəfində olmasını istəyirik

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600