13 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi

Oktyabr 10, 2024
Ölkə
A A

Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Baş prokuror və sabiq səfir, hazırda təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkən Eldar Həsənovun Azərbaycana qarşı iddiası ilə bağlı qərarini elan edib.

Avropa.info xəbər verir ki, məhkəmə işi ərizəçi Eldar Həsənovun səfir işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə, mənimsəmə, çirkli pulların yuyulması və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçinin şikayəti Avropa İnsan hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (əsassız məhdudiyyətlərin tətbiqinin qarşısının alınması) maddələrinə əsaslanıb.

Məhkəmə 10 oktyabr 2024-cü ildə yayımladığı qərarına əsasən, Eldar Həsənova münasibətdə Konvensiyanın 3-cü maddəsinin və 5-ci maddəsinin 3-cü hissəsinin pozulduğu qənaətinə gəlib, ərizəçinin 13 avqust 2020-ci il və 2 iyul 2021-ci il tarixləri arasında həbsdə olarkən xəstəlikləri üçün adekvat tibbi müalicə almadığını bildirib.

Göstərilənlərlə əlaqədar ərizəçiyə maddi ziyana görə 6000 avro, xərclər və məsrəflərə görə 3234 avro ödənilməsi qərara alınıb. 

Bununla belə, Avropa Məhkəməsi Eldar Həsənovun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu, yəni onun həbsinin və həbsdə saxlanılmasının onun cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmadığı iddiasını rədd edib.

“İş üzrə sübutlar ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin təyin olunduğu məqsədlərdən kənar istifadəsi ilə bağlı cinayət əməli törətməkdə obyektiv olaraq əlaqələndirib və ona qarşı “əsaslı şübhə” yaratmağa kifayət edib. Bundan başqa, iş materiallarından görünür ki, təxminən bir ay sonra, ərizəçi həbs edildikdən və ona ittiham irəli sürüldükdən sonra, istintaq tərəfindən ilkin şübhəni dəstəkləyən əlavə sübutlar əldə edilib və o, daha sonra ona qarşı irəli sürülən digər cinayət əməllərində ittiham edilib”, – deyə Avropa Məhkəməsinin qərarında qeyd edilib.

Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 18-ci maddəsi üzrə şikayətləri məqbul hesab etməyib, bu hissədə pozuntu olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, Azərbaycanın keçmiş Baş prokuroru, həmin vaxt Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini tutan Eldar Həsənov 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılıb, istintaqa cəlb edilərək həbs edilib

Əvvəlki Yazı

“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

Növbəti Yazı

Şuşada beynəlxalq forum keçirilib

XƏBƏR LENTİ

Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

13 Sentyabr 2026 / 7:30
17
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Ərəb ölkələri İraqdan Səudiyyə Ərəbistanına edilən hücumu pisləyir

13 Sentyabr 2026 / 7:16
5
KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

13 Sentyabr 2026 / 7:10
15
Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

12 Sentyabr 2026 / 18:07
4
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

12 Sentyabr 2026 / 17:57
2
Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

12 Sentyabr 2026 / 13:05
9
Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

12 Sentyabr 2026 / 10:56
15
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

12 Sentyabr 2026 / 10:17
15
İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

12 Sentyabr 2026 / 9:54
14
Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

Cavab vermək üçün saniyələr: Rus paraşütçülərinin zərbələri daha sürətli və daha ölümcül oldu

12 Sentyabr 2026 / 9:16
15
Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

12 Sentyabr 2026 / 8:11
10
Tramp Putin və Zelenskiyə zəng edəcək: Sülh planına hansı maddələr daxil ola bilər?

Yeraltı: Ukraynalılar Zelenskinin sülh istəyinə demək olar ki, inanmırlar

12 Sentyabr 2026 / 8:05
9
Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

12 Sentyabr 2026 / 7:59
17
ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

12 Sentyabr 2026 / 7:52
17
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

Rusiya Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib-bir nəfər ölüb

12 Sentyabr 2026 / 7:32
22
Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

12 Sentyabr 2026 / 7:19
25
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

12 Sentyabr 2026 / 7:05
16
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

12 Sentyabr 2026 / 6:53
10
Özbəkistanda Türk Dünyasına uyğun əlifbaya keçidlə bağlı qanun qəbul edilib

Özbəkistanda Türk Dünyasına uyğun əlifbaya keçidlə bağlı qanun qəbul edilib

12 Sentyabr 2026 / 6:38
15
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Rusiya pilotsuz təyyarələri Zaporojyedə özəl yaşayış sahəsinə hücum edib

12 Sentyabr 2026 / 3:32
16
L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

Putin:”Avropa qoşunlarını Ukraynaya göndərməsi Rusiya ilə müharibə deməkdir”

12 Sentyabr 2026 / 3:17
6
Britaniya hərbi lideri: Rusiya artıq Ukraynada yarım milyon əsgər itirib -Foto

Britaniya hərbi lideri: Rusiya artıq Ukraynada yarım milyon əsgər itirib -Foto

12 Sentyabr 2026 / 3:05
15
Onlar Moskva və Kiyevdə hərəyə bir görüş keçirəcəklər

Zelenski: Rusiya Ukrayna enerjisinə hücumlara layiqli cavab verəcək

12 Sentyabr 2026 / 2:50
24
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

11 Sentyabr 2026 / 20:39
11
Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

11 Sentyabr 2026 / 17:24
1
BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

11 Sentyabr 2026 / 17:16
22
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

11 Sentyabr 2026 / 17:03
30
Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

11 Sentyabr 2026 / 16:50
29
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

11 Sentyabr 2026 / 16:39
30
Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

11 Sentyabr 2026 / 15:53
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.