Dünya

Ankarada saxta spirtli içkilər 54 nəfərin ölümünə səbəb olub

17 Fevral 2025, 16:4140
Reklam728x90
Reklam320x100

Paytaxtda 54 nəfər saxta spirtli içkilər səbəbindən həyatını itirib, 40 nəfərin isə reanimasiyada müalicəsi davam edir.

Avropa.info xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərə qarşı araşdırmalar davam edir.

Bu çərçivədə  Ankara  Respublika Prokurorluğu, Ankara Batı və Polatlı Respublika Baş Prokurorluğu tərəfindən “qaçaqmalçılıq” və “mümkün qəsdlə ölümə səbəb olma” cinayətləri ilə bağlı açılan istintaq fayllarına Ədli Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.

40 nəfər reanimasiyadadır

Sözügedən xəbərlərə görə, Ankarada 54 nəfərin saxta spirtli içkilər səbəbindən həyatını itirdiyi, 40 nəfərin isə reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.

Digər tərəfdən, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqda 28 şübhəlinin həbs olunduğu, 25 nəfərin isə məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı bildirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600