24 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar

Aprel 22, 2025
Dünya
A A

Analar Gününü bu il bir az fərqli şəkildə qeyd etmək istərdinizmi? Ananıza klassik hədiyyələr əvəzinə, birlikdə gözəl xatirələr yaradacağınız bir səyahət bəxş edə bilərsiniz. Bunun üçün ideal ünvan İzmirin sahilində yerləşən Urla qəsəbəsidir. Zeytun bağları, üzüm sahələri və meyvə bağları ilə əhatələnmiş bu sakit məkan may ayında həm hava, həm də ab-hava baxımından olduqca əlverişlidir.

Urla gözəlliyi və sakitliyi ilə seçilən, ilin dörd fəslində fərqli rənglərə bürünən bir bölgədir. Amma may ayında daş döşəməli küçələrində gəzmək, tarixi evlərin yanında dayanıb Egey memarlığına tamaşa etmək, butik otellərdə qalmaq və yerli mətbəxin dadına baxmaq xüsusilə xoş olur. Burada doğmalarla birlikdə üzüm bağlarını gəzə, Urlaya xas olan mastik ənginarını dada və təbiətlə iç-içə keyfiyyətli vaxt keçirə bilərsiniz.

Sakit sahil şəhərində rahat bir istirahət

Urla İzmirin mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən, yüksək həyat keyfiyyəti və rahat yaşayış tərzi ilə tanınan bir qəsəbədir. Zeytun ağaclarının ətirli havası, yerli insanların səmimi münasibəti və dənizə açılan mənzərələri ilə burası həm istirahət, həm də sakitlik axtaranlar üçün uyğundur.

Qəsəbədə yerləşən butik otellər qonaqlarına həm komfort, həm də yerli mühitə uyğun sadəlik təqdim edir. Oteldən çıxdığınızda Malğaca Bazarı kimi yerli məhsullarla zəngin yerləri ziyarət edə, ya da Urla İncəsənət Küçəsində qədim evlərdə fəaliyyət göstərən kafe və dükanlarda vaxt keçirə bilərsiniz.

Urla həm də sahil xətləri ilə diqqət çəkir. 40 kilometrlik sahil boyunca bir sıra çimərliklər mövcuddur. Səhər tezdən mavi bayraqlı çimərliklərdə gəzmək və gün doğumunu izləmək bu səfəri daha da yaddaqalan edəcək. Egey dənizinin ilıq iqlimi imkan verir ki, gündüz saatlarında dənizə girəsiniz və ya sadəcə sahildə istirahət edəsiniz.

İsti iqlimi və bərəkətli torpaqları ilə tanınan Urla, eyni zamanda kulinariya baxımından da zəngin bir bölgədir. Egey mətbəxinin əsasını təşkil edən bu bölgə, zeytun yağı, təzə tərəvəzlər, dəniz məhsulları ilə tanınır. Buradakı ləzzətlər və qastronomik təcrübələr Analar Gününü daha da özəl və yadda qalan edə bilər.

Urla minilliklərdir üzümçülük bölgəsi kimi tanınır. Qəsəbənin mikroiqlimi burada üzüm yetişdirilməsi üçün əlverişlidir.

Kənddən süfrəyə-– Urlanın müasir mətbəxi

Üzüm bağları marşrutu boyunca bölgənin məhsullarını istifadə edən yüksək səviyyəli restoranlara da rast gələcəksiniz. Bu restoranlarda fəaliyyət göstərən gənc aşpazlar Urlanın ənənəvi ləzzətlərinə müasir yanaşma gətirərək yerli məhsulları dadlı və fərqli yeməklərə çevirirlər.

Bu kulinariya bacarığı nəticəsində bəzi restoranlar layiqli şəkildə Michelin ulduzlarına layiq görülüb. Həmçinin Urla restoranlarının arasında Michelin Yaşıl Ulduz  mükafatlı məkanlar da var. Bu restoranlarda siz və doğmalarınız bölgəyə xas olan mövsümi tərəvəzlər – məsələn, kəklikotu , arapsaçı otu və ən məşhuru mastik ənginarı – ilə hazırlanmış yeməklərin dadına baxa bilərsiniz.

Urla sadəcə bir səfər məkanı deyil – dad, qoxu və tarixin vəhdətində yaşanan əsl zövq məkanıdır. Analar Günündə belə bir təcrübə, ananıza verə biləcəyiniz ən incə və dəyərli hədiyyələrdən biri ola bilər.

Avropa.info


 

Əvvəlki Yazı

QHT Koalisiyasının təklifinə dəstək: Təlimlər keçiriləcək

Növbəti Yazı

Bu ərazilərin Azərbaycana qaytarılması gecikir – Sərkisyan

XƏBƏR LENTİ

ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

Braziliyanın beynəlxalq hava limanında avtobus təyyarəyə çırpılıb

24 Avqust 2026 / 11:08
3
TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

24 Avqust 2026 / 11:02
13
Keçmiş baş prokurorun şirkətinin 1 milyondan çox borc içində

Keçmiş baş prokurorun şirkətinin 1 milyondan çox borc içində

24 Avqust 2026 / 10:55
10
Ağdaşda ana və oğlu bıçaqlanıb

Ağdaşda ana və oğlu bıçaqlanıb

24 Avqust 2026 / 10:47
3
 İsraili ordusu bu dəfə gözünü uşaq uçurtmalarına dikib

 İsraili ordusu bu dəfə gözünü uşaq uçurtmalarına dikib

24 Avqust 2026 / 10:44
7
Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə hücumu zamanı yaşayış binalarına və məktəb binasına ziyan dəyib

Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə hücumu zamanı yaşayış binalarına və məktəb binasına ziyan dəyib

24 Avqust 2026 / 10:39
11
Euractiv: Aİ silah çatışmazlığı səbəbindən Ukraynaya yardımı artıra bilməz

Euractiv: Aİ silah çatışmazlığı səbəbindən Ukraynaya yardımı artıra bilməz

24 Avqust 2026 / 10:32
3
Krasnodarda PUA-nın hücumu nəticəsində 15 yaşlı Soçi sakini ölüb

Krasnodarda PUA-nın hücumu nəticəsində 15 yaşlı Soçi sakini ölüb

24 Avqust 2026 / 10:21
3
Bloomberg: Qərb Ukraynaya yaxınlaşan təhlükəni çox aşağı qiymətləndirir

Bloomberg: Qərb Ukraynaya yaxınlaşan təhlükəni çox aşağı qiymətləndirir

24 Avqust 2026 / 10:05
6
Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

Prezidentin Özbəkistan səfəri:Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və ən mühüm dövlətlərindən biridirsə

24 Avqust 2026 / 9:54
57
İran Prezidenti Pezeşkian: İran dağılmadı, əksinə, gücləndi

İran Prezidenti Pezeşkian: İran dağılmadı, əksinə, gücləndi

24 Avqust 2026 / 9:47
5
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

24 Avqust 2026 / 9:34
3
Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarını vurub, gəmiləri və tankeri vurub

Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarını vurub, gəmiləri və tankeri vurub

24 Avqust 2026 / 9:27
16
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının zərbəsindən sonra Ozon anbarı yanıb

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının zərbəsindən sonra Ozon anbarı yanıb

24 Avqust 2026 / 9:09
12
Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

NYT: BƏƏ-də İranla müharibə üçün Powerus tutucu dronları yığılır

24 Avqust 2026 / 9:00
9
Tramp sentyabrda İrlandiyaya səfər  edəcək – Qolf yarışlarına qatilacaq

Tramp sentyabrda İrlandiyaya səfər  edəcək – Qolf yarışlarına qatilacaq

24 Avqust 2026 / 8:54
15
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı – Nekroloq

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı – Nekroloq

24 Avqust 2026 / 8:50
14
Hörmüz boğazı ilə yük daşımaları kəskin şəkildə azalıb

Hörmüz boğazı ilə yük daşımaları kəskin şəkildə azalıb

24 Avqust 2026 / 8:38
14
Kihara: Yaponiya Ukraynaya öldürücü silahlar verməyəcək

Kihara: Yaponiya Ukraynaya öldürücü silahlar verməyəcək

24 Avqust 2026 / 8:33
11
Almaniyaya təhqir: Wadefulda Borispola vurulan zərbə Almaniyanı qəzəbləndirdi

Almaniyaya təhqir: Wadefulda Borispola vurulan zərbə Almaniyanı qəzəbləndirdi

24 Avqust 2026 / 8:24
7
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

24 Avqust 2026 / 7:41
10
İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

24 Avqust 2026 / 0:57
8
Mamakdakı yanğına qrupların müdaxiləsi davam edir

Mamakdakı yanğına qrupların müdaxiləsi davam edir

24 Avqust 2026 / 0:50
1
İran parlamentinin komissiyası gəmilərdən xidmət haqqının alınmasını tələb edən maddəni qəbul edib

İran parlamentinin komissiyası gəmilərdən xidmət haqqının alınmasını tələb edən maddəni qəbul edib

24 Avqust 2026 / 0:42
7
Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

23 Avqust 2026 / 23:40
15
Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında olub-Fotolar

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında olub-Fotolar

23 Avqust 2026 / 23:32
11
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində -Fotolar

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində -Fotolar

23 Avqust 2026 / 23:26
9
Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

23 Avqust 2026 / 20:23
5
İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

23 Avqust 2026 / 17:29
6
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

23 Avqust 2026 / 16:53
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.