Dünya

Almaniya Parlamenti sərtləşdirən qanun layihəsinə qarşı çıxdi

1 Fevral 2025, 08:45100
Reklam728x90
Reklam320x100

Almaniya parlamenti (Bundestaq) miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsinə qarşı çıxıb.

Avropa.info bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, ölkəyə miqrant axınının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin lehinə 338 deputat, əleyhinə isə 350 deputat səs verib, 5 deputat bitərəf qalıb.

Qeyd edək ki, qanun layihəsində ciddi mübahisələrə səbəb olan maddələrdən biri də mühacirlərin ailə üzvlərini də Almaniyaya gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasıdır. Bundan başqa, layihədə miqrantların deportasiya prosesi zamanı polisin səlahiyyətlərinin artırılması da yer alıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600