Dünya

Aleksandr Dubinski prezidentliyə namizədliyini irəli sürdü

22 Fevral 2025, 07:5466
Reklam728x90
Reklam320x100

 

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifətçi deputatı Aleksandr Dubinski Ukrayna prezidentliyinə namizədliyini irəli sürüb.

Avropa .info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında bildirib.

Dubinski Vladimir Zelenskini rəqiblərini sıxışdırmaqda günahlandırıb.

O iddia edib ki, Ukrayna “yeni diktatura forması” ilə üz-üzədir. Dubinskinin sözlərinə görə, Zelenski rəqiblərini sıradan çıxarmaq və seçkisiz hakimiyyətdə qalmaq üçün “rüşvət, təhdid və cinayətdən” istifadə edir.

“Zelenski özünü yeganə namizəd elan edərsə, müharibə 2030-cu ilə qədər davam edəcək və Ukrayna dövlət kimi mövcudluğunu itirəcək. Susmaq vətənə xəyanət etmək deməkdir”, – deyə deputat yazıb.

Dubinski seçiləcəyi təqdirdə xarici siyasət (o cümlədən Aİ və NATO ilə münasibətlər), iqtisadi inkişaf modeli, prezident postunun ləğvi kimi məsələlərlə bağlı referendum keçirəcəyini vəd edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600