Hadisə

Abşeronda güclü partlayış -5 nəfər xəsarət alıb

17 Yanvar 2025, 22:257
Reklam728x90
Reklam320x100

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Avropa .info FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 



Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600