Dünya

ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək

22 Fevral 2025, 10:0045
Reklam728x90
Reklam320x100

ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək.

Avropa.info “Associated Press” agentliyinə istinadən xəbər verir ki, edamın icrası martın 7-nə planlaşdırilir.

Məlumata görə, 67 yaşlı Bred Siqmon elektrikli stul və yaxud inyeksiya ilə edam əvəzinə, özü bu metodu seçib.

Ümumilikdə 1967-ci ildən bu yana ABŞ-də bu üsulla 3 nəfər edam edilib.

Qeyd edək ki, Siqmon 2001-ci ildə beysbol çubuğu ilə sevgilisinin valideynlərini ölümcül döyüb. Daha sonra sevgilisini qaçırsa da, qadın qaçaraq xilas ola bilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600