Dünya

ABŞ-ın Yəmənə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

29 Aprel 2025, 08:1373
Reklam728x90
Reklam320x100

ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb

Yəməndə  İranın dəstəklədiyi husilərə  məxsus Əl-Məsirə telekanalının məlumatına görə  , ABŞ  döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə  təşkil etdiyi hücumda ölənlərin sayı 12 nəfərə çatıb.

ABŞ-ın bazar günü sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.

Yəmənə hava zərbələri endirilib

Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti  Donald Tramp  martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600