Dünya

ABŞ-ın Los-Anceles şəhərində silahlı hücum: 2 ölü

5 Avqust 2025, 11:1642
Reklam728x90
Reklam320x100

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, ABC7 Los Angeles TV-nin məlumatına görə, Los Anceles  Polis  Departamentinin rəsmisi bildirib ki, yerli vaxtla gecə saat 1 radələrində şəhərdə bir partiyaya atəş açılıb.

Rəsmi məlumat verib ki, hücum nəticəsində Qreqori Derisso adlı kişi hadisə yerində, 52 yaşlı qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Rəsmi hadisə nəticəsində 6 nəfərin yaralandığını, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Hücum edənin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Los Anceles Bələdiyyə Başçısı Karen Bass sosial media  platforması X hesabından verdiyi açıqlamada “Bu şəhərdə şiddətə dözülməz” deyərək həyatını itirənlərin ailələrinə başsağlığı verib  .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600