Dünya

ABŞ ictimaiyyətinin İsrailə dəstəyi son 25 ildə ən aşağı səviyyədədir

7 Mart 2025, 13:1436
Reklam728x90
Reklam320x100

ABŞ Prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planı fonunda, sorğu göstərib ki, ABŞ-ın İsrailə ictimai dəstəyi 25 ilin ən aşağı səviyyəsinə çatıb.

Avropa.info xəbər verir ki, Gallup  araşdırma şirkətinin 3-16 fevral tarixləri arasında 1004 nəfərlə  apardığı sorğu  nəticəsində məlum olub ki, Amerika  ictimaiyyətinin 46 faizi İsraili dəstəkləyir ki, bu da son 25 ildə ən aşağı səviyyədədir.

İsrail  və  HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi prosesi zamanı aparılan sorğuda  , fələstinlilərə rəğbət bəsləyən amerikalıların faizi bir əvvəlki ilə nisbətən 6 bal artaraq 33 faizə çataraq 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Sorğu nəticəsində məlum olub ki, ABŞ seçicilərinin 40 faizi Trampın Fələstin və İsrailə qarşı siyasətini bəyənir.

Sorğuda respublikaçıların 83 faizi, demokratların isə 33 faizi İsrailə, demokratların 45 faizi, respublikaçıların isə 18 faizi Fələstinə müsbət baxdığını bildirib.

ABŞ ictimaiyyətinin əksəriyyəti müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Sorğuda Amerika ictimaiyyətinin 55 faizi iki dövlət həllini dəstəkləyib, 31 faizi isə bu ideyaya qarşı çıxıb.

İştirakçıların 14 faizi məsələ ilə bağlı heç bir fikir bildirməyib.

Nəhayət, demokratların 76 faizi, müstəqillərin 53 faizi, respublikaçıların isə 41 faizi  müstəqil Fələstin dövlətinin  qurulmasını dəstəklədiyini bildirib .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600