Dünya

Ukrayna Rusiyanin iki böyuk strateji obyektini raket atəşinə tutub

3 Fevral 2025, 18:537
Reklam728x90
Reklam320x100

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Həştərxan qaz (Şimali Qafqaz bölgəsi – red.) və Volqoqrad neft emalı zavodlarına uğurlu hücumlarının həyata keçirildiyini təsdiqləyib.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qurum qeyd edib ki, bu strateji obyektlərin hər ikisi Rusiya ordusu üçün böyük həcmdə yanacaq istehsal edir:

“İlkin məlumata görə, Volqoqrad vilayətindəki zavodda neft emal qurğuları zədələnib. Həştərxandakı zavodda yanğın davam edir və müəssisənin işi dayandırılıb”.

Hücumun nəticələri və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Baş Qərargah Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün təmin edilməsində iştirak edən strateji obyektlərə yönəlmiş əməliyyatların davam etdiriləcəyini bildirib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600