Hadisə

İmişlidə avtoqəzada bir nəfər xəsarət alıb

1 Fevral 2025, 10:2810
Reklam728x90
Reklam320x100

İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avropa.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Məmmədov Azad Qulu oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600