Dünya

İsrailin hava hücumu nəticəsində 3 türk vətəndaşı həlak olub

30 Yanvar 2025, 09:2811
Reklam728x90
Reklam320x100

Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.

Bəyanatda vurğulanıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.

“Anadolu” agentliyinin məlumatına görə, həlak olanlar Sezer Özdemir, Hüseyn Kaya və Çınar Alp Baydenk adlı şəxslər olub.

Ailələri onların yanvarın 11-də Livan sərhədində yoxa çıxdıqlarını və onlardan heç bir xəbər almadıqlarını rəsmi orqanlara bildiriblər.

Nəşr onu da yazır ki, sözügedən üç Türkiyə vətəndaşı daha əvvəl də saxta adlar altında qeyri-qanuni yollarla İsrailə gediblər və 2-3 il bu ölkədə işlədikdən sonra deportasiya ediliblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600