Dünya

Vaşinqtonda sərnişin təyyarəsi helikopterlə toqquşub -Video

30 Yanvar 2025, 08:567
Reklam728x90
Reklam320x100

Vaşinqtonda “Bombardier CRJ700” sərnişin təyyarəsi ilə “Sikorsky H-60” hərbi helikopteri toqquşub.

Avropa .info xarici mediaya istinadən xəbər verir ki, hadisə Ronald Reyqan hava limanının yaxınlığında, təyyarə eniş etməyə hazırlaşarkən qeydə alınıb.

Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “NBC”nin məlumatına görə, çaydan 4 nəfər çıxarılıb və xəstəxanaya çatdırılıb.

Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.

İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600