Dünya

Zukerberq Trampa 25 milyon dollar ödəyəcək

30 Yanvar 2025, 08:488
Reklam728x90
Reklam320x100

 

ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra feysbuk və instaqram səhifələrinin bloklandığına görə “Meta” korporasiyasından 25 milyon dollar təzminat alacaq.

Avropa.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında razılaşma imzalanıb. Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək.

Xatırladaq ki, Zukerberqin rəhbərlik etdiyi “Meta” Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600