Dünya

Baş nazir Benyamin Netanyahu ilə Prezident Zelenski arasında telefon danışığı olub

28 Yanvar 2025, 20:269
Reklam728x90
Reklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.

“Mən ona Auşvits-Birkenau şəhərinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirakım barədə məlumat verdim. Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, – deyə Zelenski yazıb.

Bundan əlavə, Ukrayna lideri özünün də qeyd etdiyi kimi, israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb. O, əlavə edib ki, Netanyahu ilə ABŞ və xüsusilə Prezident Donald Trampla münasibətləri ayrıca müzakirə edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600