03 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Yardımlı sakini Yol İdarəsinin müdirindən şikayətçidir

Yanvar 28, 2025
Cəmiyyət
A A

Yardımlı rayonunun Abidinli kənd sakini Ədalət Zeynalov Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya ərizə ilə müraciət edib. Ədalət Zeynalov Mehriban xanım Əliyevaya ünvanladığı müraciətində qeyd edir ki, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və 2016-cı ildən Yardımlı rayonunun 51 saylı Yol İstismarı MMC-də fəhlə kimi çalışır. Müraciətinin məqsədi isə idarə rəhbərliyi tərəfindən özünün və digər işçilərin hüquqlarının pozulması ilə bağlı yaranan ciddi problemləri diqqətə çatdırmaqdır.

“Bildirmək istəyirəm ki, 4 dekabr 2024-cü ildən mən əsassız şəkildə işdən azad edilmişəm. Bu qanunsuz qərar məni və digər işçiləri ciddi şəkildə təəccübləndirdi, çünki pensiya yaşım artıq yaxınlaşırdı, cəmi altı ay sonra 65 yaşım tamam olacaqdı. Bu səbəbdən, işdən çıxarılmağım ədalətsiz bir qərar oldu və mənə çox ağır təsir etdi; həm mənəvi, həm də maddi baxımdan çətinliklərə yol açdı” – deyə şikayətçi bildirir.

Ədalət Zeynalovun sözlərinə görə, 8 il ərzində işlədiyi Yol İstismarı MMC-də heç vaxt əmək intizamını pozmayıb, rəhbərliyin bütün tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib:

“Bundan əvvəlki rəhbərlik mənim işimi daim qiymətləndirib və mükafatlandırıb. Lakin Ceyhun Vaqif oğlu Verdiyev 2024-cü ilin əvvəlində idarəyə yeni müdir təyin olunduqdan sonra vəziyyətimiz pisləşdi. Yeni müdir kollektivə qarşı kobud davranır, işçiləri əmək intizamını pozmaqla hədələyir və müxtəlif bəhanələrlə işdən çıxarmağa çalışır. Hətta bir neçə dəfə bu cür qanunsuz işdən çıxarma halları yaşanıb. Bu təzyiqlər nəticəsində, mənim kimi digər əməkdaşlar da işsiz qalmaq təhlükəsi ilə üzləşiblər. Bütün bunlar əmək hüquqlarımızı ciddi şəkildə pozur. Ceyhun Verdiyevin bu cür davranışları kollektivdə böyük narazılığa səbəb olub və böyük narazılıq yaradır.”

Ədalət Zeynalov şikayətini aşağıdakı fikirlərlə yekunlaşdırıb:

“Hörmətli Mehriban xanım, pensiya yaşımın yaxınlaşması və bu yaşda belə bir vəziyyətə düşməyim mənə çox ağır təsir göstərib. Qarşılaşdığım ədalətsizliyə qarşı köməyinizə ehtiyacım var. Əminəm ki, siz, mənim problemimə diqqətlə yanaşacaqsınız və bu məsələyə müdaxilə edərək mənim və digər işçilərin hüquqlarının bərpa olunmasına köməklik göstərəcəyinizə inanıram”.

Avropa.info şikayətdə adı çəkilən Yardımlı rayonunun 51 saylı Yol İstismarı MMC-nin və rəhbərliyinin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Əvvəlki Yazı

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

Növbəti Yazı

“Rusiya Azərbaycana son bu üç əsrdə tarixin silinməz zərbələrini vurub”-Vüqar Dadaşov

XƏBƏR LENTİ

Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
71
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
14
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
30
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
4
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
4
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
6
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
1
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
43
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
34
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.