Ölkə

Laçında Zabuxçay su anbarı Türkiyənin “Cengiz İnşaat” şirkəti tərəfindən tamamlanıb

28 Yanvar 2025, 10:1923
Reklam728x90
Reklam320x100

İşğaldan azad edilən rayonlardakı əkinçilik sahələrinin suya tələbatını ödəmək üçün Laçın rayonunda inşa edilən Zabuxçay su anbarı Türkiyənin “Cengiz İnşaat” şirkəti tərəfindən tamamlanıb.

Avropa.info xəbər verir ki, bu barədə “santiye.com.tr” saytı yazıb.

Mənbə qeyd edir ki, Qarabağ bölgəsində iqtisadi həyatın canlandırılması üçün ən mühüm layihələrdən biri olan su anbarı 12 min 100 hektar kənd təsərrüfatı sahəsinin suya olan tələbatını ödəyəcək.

Su anbarının tikintisinin başa çatması ilə Qubadlı və Zəngilan rayonlarında yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) yaradılacaq.

Xatırladaq ki, “Cengiz İnşaat” Füzulədən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur) tikintisini də sona çatdırıb. Hazırda yeni yolda tamamlanma işləri gedir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600