Kriminal

Ağsuda silahlı narkokuryerlər saxlanilib

25 Yanvar 2025, 11:418
Reklam728x90
Reklam320x100

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.

Avropa.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600