Manşet

Prezident İlham Əliyev Davosda Çinli jurnalistlə səmimi söhbət edib-Video

25 Yanvar 2025, 10:376
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Avropa.info xəbər verir ki, dövlət başçısı müsahibədən əvvəl çinli jurnalistlə səmimi söhbət edib.

AzTV tərəfindən yayılan kadrlarda Prezidentin jurnalisti salamlamağı, onu yenidən görməyin xoş olduğunu deməyi görünür. Çinli müxbir bu görüşün onun üçün şərəf olduğunu dilə gətirib, İlham Əliyevlə xatirə fotosunu Alp dağlarının fonunda çəkdirməyi xahiş edib.

Xatırladaq ki, dövlət başçısı 2023-cü ilin yanvarında da sözügedən telekanala müsahibə vermişdi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600