Dünya

“İran hələ də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına reaksiya verməyib”-Robert Beqlaryan

24 Yanvar 2025, 14:387
Reklam728x90
Reklam320x100

Hazırda İran üçün Qərbdəki qlobal məsələlər və əsasən də Yaxın Şərqdə baş verənlər daha önəmlidir.

Avropa.info xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli keçmiş deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, Tehran mövcud gərgin vəziyyətdə bəzi mözvular üzrə irəliləyişlərə nail olmaq istəyə bilər:

“İran hələ də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına reaksiya verməyib. Çünki situasiyanın necə ciddi olduğunu anlayır, açıq müharibə təhdidləri var. Doğrudur, sərhədlə bağlı “qırmızı xətlərini” elan edib. Lakin hazırda müəyyən irəliləyiş istəyir. Bu baxımdan müxtəlif ssenariləri, hətta Zəngəzur dəhlizinin açılması məsələsini də nəzərdən keçirə bilər. Təbii ki, prosesin gedişatındakı rolu nəzərə alınmaqla buna baxması mümkündür.

Bəlkə də İran şimaldan gələcəyini düşündüyü təhdid ethimalını Azərbaycanla aydınlaşdırmağa çalışır. Özünə qarşı kənardan təhlükə yaranarsa, Bakının mövqeyinin necə olacağını öyrənməyə çalışır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600