Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.
Avropa .info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
“Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, -paylaşımda qeyd edilib.
Xatırladaq ki, dünən Monteneqronun Çetinye şəhərində kafelərin birində baş vermiş silahlı insident nəticəsində yeddi nəfər ölüb