“Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək, Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba qoyduğunu bildirib”, – məlumatda bildirilib.
Qeyd olunur ki, hazırda deputatın Rujeynidə dayanmış avtomobili mütəxəssislər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir./Axar.az