Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə təxribatçı addım ataraq Ermənistan-Azərbaycan şərti sərhədində olub.
Avropa . info bu barədə erməni mediasına istinadən bildirir.
“Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq”, – Aİ missiyasının yaydığı açıqlamada deyilir.
Xəbərə görə, səfirə missiyanın işi barədə məlumat verilib.
“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, – missiyanın bəyanatında daha sonra bildirilir