Dünya

İran: Hörmüz boğazında iki neft tankeri dəniz minasına çırpılaraq alovlanıb

25 Noyabr 2026, 10:06233
Reklam728x90
Reklam320x100

 

İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində “icazəsiz marşrutdan” istifadə edən iki neft tankerinin dəniz minasına çırpılaraq alov aldığını açıqlayıb.

 

Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Donanması səhər saatlarında Hörmüz boğazında seyr edən iki neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb.

Tankerlər İranın “saxta və icazəsiz” hesab etdiyi marşrutla üzərkən dəniz minalarına düşərək baş verən partlayış nəticəsində alovlanıb.

Açıqlamada naviqasiya və izləmə sistemləri sıradan çıxarılan gəmilərin ekipajlarına xəbərdarlıq edilərək, ABŞ-ın “yalanlarına” inanmamağa, gəmilərinin dəniz minalarının yerləşdiyi ərazilərə sürüklənməsinə imkan verməməyə çağırılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600