Siyasət

MCP başqanı Vyanada Marukyanla görüşüb-Foto

11 Noyabr 2026, 13:15491
Reklam728x90
Reklam320x100

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Beynəlxalq təşkilatların təşkilatçılığı ilə Vyanada keçirilən ənənəvi görüşlər çərçivəsində “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmond Marukyan ilə bir araya gəlib. Avstriya Milli Müdafiə Akademiyasında baş tutan müzakirələr normal, açıq və konstruktiv atmosferdə keçib.

Avropa.info xəbər verir ki, bu barədə millət vəkli Vyanada baş tutan görüşün detallarını, sülh gündəliyini, TRIPP layihəsini və Azərbaycanın prinsipial mövqeyini şərh edərkən bildirib.

Erməni siyasi dairələrində konstruktiv yanaşmaya doğru meyillər müşahidə olunur

Millət vəkili görüş zamanı müzakirə olunan əsas istiqamətlərə və qarşı tərəfin mövqeyindəki dəyişikliklərə diqqət çəkib:

“Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistandakı siyasi proseslər, sülh gündəliyi, sülh müqaviləsinin perspektivləri və TRIPP layihəsi ətrafında geniş fikir mübadiləsi apardıq. Müsbət məqamlardan biri odur ki, vaxtilə daha çox radikal mövqeləri ilə seçilən bəzi erməni siyasi dairələrində və siyasətçilərində konstruktiv yanaşmaya doğru müəyyən meyillər müşahidə olunur. Bu, regionda davamlı sülhün formalaşması baxımından əhəmiyyətli tendensiyadır”.

Sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilməsinə bağlıdır

MCP başqanı Bakının sülh prosesi və regional kommunikasiyalarla bağlı dəyişməz şərtlərini açıqlayıb:

“Mən müzakirələrdə Azərbaycan dövlətinin, xalqının və siyasi rəhbərliyinin mövqeyini ifadə etdim. Bu mövqedə heç bir dəyişiklik yoxdur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh prosesinin fundamental şərtlərindən biridir və davamlı sülh müqaviləsinin imzalanması bu məsələnin həlli ilə birbaşa bağlıdır. TRIPP layihəsinin reallaşmasını isə yalnız Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının və regional əməkdaşlığın genişlənməsi üçün mühüm fürsət hesab edirik”.

Köçəryan və Sarkisyanın münaqişə dövründəki fəaliyyəti hüquqi qiymətini almalıdır

Parlamentari Qarabağdakı bərpa işləri və müharibə cinayətlərinə görə məsuliyyət məsələsini önə çəkərək fikirlərini yekunlaşdırıb:

“Görüşdə Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq və bərpa işləri də müzakirə olundu. Qarşı tərəfin də bu reallığı qəbul etməsi dialoq baxımından əhəmiyyətlidir. Müharibə cinayətlərinə görə məsuliyyət məsələsinə gəldikdə isə, Qarabağdakı keçmiş separatçı rejimin rəhbər şəxsləri, eləcə də Robert Köçəryan və Serj Sarkisyanın siyasi məsuliyyəti və münaqişə dövründəki fəaliyyəti tarixi və hüquqi qiymətini almalıdır. Azərbaycanın hüquqi mövqeyi dəyişməzdir. Bizim üçün sülh yalnız sənəd imzalamaq deyil, qarşılıqlı suverenliyin və təhlükəsizliyin təmin olunduğu yeni regional münasibətlər sisteminin qurulmasıdır”. Bu

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600