12 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Gülnarə Əmiraslanova: Erkən nikahlar qız uşaqlarının gələcəyini təhlükə altına alır

Oktyabr 11, 2026
Cəmiyyət
A A

11 oktyabr Beynəlxalq Qız Uşaqları Günü münasibətilə İnnovasiya və Qadın İnkişafı Təşəbbüsləri İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova Avropa.info-ya açıqlamasında qız uşaqlarının hüquqlarının qorunmasının, onların təhsilinə və şəxsi inkişafına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada milyonlarla qız uşağı hələ də fundamental hüquqlarından məhrum edilir. Onların təhsil imkanlarını məhdudlaşdıran, gələcək planlarına mane olan və uşaqlıq dövrünü yarımçıq qoyan əsas problemlərdən biri erkən nikahlardır.

Gülnarə Əmiraslanovanın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı və UNICEF-in məlumatları problemin qlobal miqyasını aydın göstərir. Hazırda dünyada 640 milyondan çox qadın 18 yaşına çatmadan evləndirilib. Hər il təxminən 12 milyon qız uşağı erkən nikaha cəlb olunur. Bu göstəricilər erkən nikahların qarşısının alınması istiqamətində daha genişmiqyaslı tədbirlərə ehtiyac olduğunu göstərir.

O qeyd edib ki, erkən nikahlar yalnız sosial problem deyil, eyni zamanda qız uşaqlarının sağlamlığına və gələcəyinə ciddi təsir göstərən amildir. Erkən yaşda hamiləlik və doğuşla bağlı fəsadlar yeniyetmələrin sağlamlığı üçün əlavə risklər yaradır. Bu səbəbdən qız uşaqlarının sağlamlığının qorunması, onların maarifləndirilməsi və zəruri tibbi xidmətlərə çıxışının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

İctimai Birliyin sədri vurğulayıb ki, erkən nikahların yayılması regionlar üzrə fərqlənsə də, problem dünyanın bir çox ölkəsində aktual olaraq qalır. Saxaraaltı Afrika ölkələrində yoxsulluq, silahlı münaqişələr və gender bərabərsizliyi qız uşaqlarının təhsildən kənarda qalmasına təsir edən əsas amillər sırasındadır. Cənubi Asiyada da erkən nikahların geniş yayılması milyonlarla qızın həyatına təsir göstərir.

Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması üçün yalnız qanunvericilik tədbirləri kifayət etmir. Ailələrdə maarifləndirmənin gücləndirilməsi, cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması və qız uşaqlarının təhsilini davam etdirməsi üçün əlverişli şəraitin yaradılması da vacibdir.

Azərbaycanda vəziyyətə toxunan Gülnarə Əmiraslanova bildirib ki, ölkəmizdə son illərdə erkən nikahların qarşısının alınması istiqamətində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir, qanunvericilik və monitorinq mexanizmləri vasitəsilə problemin aradan qaldırılmasına çalışılır.

O diqqətə çatdırıb ki, müəyyən müsbət dəyişikliklərə baxmayaraq, erkən nikah problemi tam həllini tapmayıb. Xüsusilə bəzi bölgələrdə qeyri-rəsmi dini kəbinlər vasitəsilə həyata keçirilən erkən evliliklər qız uşaqlarının təhsildən yayınmasına və gələcək imkanlarının məhdudlaşmasına səbəb ola bilər.

Gülnarə Əmiraslanova hesab edir ki, bu halların qarşısını almaq üçün aidiyyəti qurumların, təhsil müəssisələrinin, ictimai təşkilatların və ailələrin birgə fəaliyyəti vacibdir. Valideynlər qız uşaqlarının təhsil almasına, öz bacarıqlarını inkişaf etdirməsinə və gələcəkləri ilə bağlı sərbəst seçim imkanlarının genişlənməsinə dəstək göstərməlidirlər.

“Qız uşaqlarının yeri məktəb skamyaları, elm, incəsənət və idman meydançalarıdır. Erkən nikahların qarşısının alınması yalnız ayrı-ayrı qızların deyil, bütövlükdə cəmiyyətin gələcəyinin qorunması deməkdir”, – deyə o vurğulayıb.

İctimai Birliyin sədri əlavə edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 2030-cu ilədək uşaq nikahlarına son qoyulması hədəfi müəyyən edilib. Bu məqsədə nail olmaq üçün dövlətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi zəruridir.

Gülnarə Əmiraslanova Beynəlxalq Qız Uşaqları Günü münasibətilə hər kəsi qız uşaqlarının hüquqlarının müdafiəsinə, onların təhsilinə və inkişafına dəstək göstərməyə çağırıb. O qeyd edib ki, hər bir qız uşağının təhlükəsiz mühitdə böyüməsi, təhsil alması və öz potensialını reallaşdırması üçün şərait yaradılmalıdır.

Əvvəlki Yazı

“Gözəl və Bədheybət” yenilənmiş səhnə tərtibatı ilə yenidən Kukla Teatrında – FOTO

XƏBƏR LENTİ

Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: Erkən nikahlar qız uşaqlarının gələcəyini təhlükə altına alır

11 Oktyabr 2026 / 19:38
11
“Gözəl və Bədheybət” yenilənmiş səhnə tərtibatı ilə yenidən Kukla Teatrında – FOTO

“Gözəl və Bədheybət” yenilənmiş səhnə tərtibatı ilə yenidən Kukla Teatrında – FOTO

10 Oktyabr 2026 / 21:04
3
Tramp Rusiya ilə bağladıqları dizel müqaviləsinə görə Putinə təşəkkür edib

Tramp Rusiya ilə bağladıqları dizel müqaviləsinə görə Putinə təşəkkür edib

10 Oktyabr 2026 / 4:03
9
Ortaq siyasi iradə və konstruktiv təşəbbüslər: Mərkəzi Asiya ilə əməkdaşlıq dərinləşir

Ortaq siyasi iradə və konstruktiv təşəbbüslər: Mərkəzi Asiya ilə əməkdaşlıq dərinləşir

09 Oktyabr 2026 / 20:46
7
Əliyevin Putin və Pezeşkianla görüşü başladı

Əliyevin Putin və Pezeşkianla görüşü başladı

09 Oktyabr 2026 / 15:05
2
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirildi

Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirildi

09 Oktyabr 2026 / 15:00
3
Türkiyədə 2 ton 200 kiloqram marixuana ələ keçirilib

Türkiyədə 2 ton 200 kiloqram marixuana ələ keçirilib

09 Oktyabr 2026 / 11:09
2
Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

09 Oktyabr 2026 / 11:01
61
OpenAI: İran agentləri ABŞ mediasında saxta xəbərlər dərc etmək üçün süni intellektdən istifadə ediblər

OpenAI: İran agentləri ABŞ mediasında saxta xəbərlər dərc etmək üçün süni intellektdən istifadə ediblər

09 Oktyabr 2026 / 8:17
11
Trampdan Rusiyadakı şübhəli epidemiya ilə bağlı SENSASİON AÇIQLAMA:

Trampdan Rusiyadakı şübhəli epidemiya ilə bağlı SENSASİON AÇIQLAMA:

07 Oktyabr 2026 / 22:42
9
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

07 Oktyabr 2026 / 12:57
18
Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

07 Oktyabr 2026 / 9:06
9
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

07 Oktyabr 2026 / 8:52
18
Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

07 Oktyabr 2026 / 7:37
17
Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

07 Oktyabr 2026 / 7:20
10
Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

06 Oktyabr 2026 / 16:49
27
Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

06 Oktyabr 2026 / 15:07
19
Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

06 Oktyabr 2026 / 15:00
11
Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

06 Oktyabr 2026 / 14:51
32
Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

06 Oktyabr 2026 / 14:12
18
Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

06 Oktyabr 2026 / 13:59
60
Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

06 Oktyabr 2026 / 13:49
19
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

06 Oktyabr 2026 / 13:40
87
Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

06 Oktyabr 2026 / 13:30
7
 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

06 Oktyabr 2026 / 12:31
4
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:“Ermənistan bir tərəfdən ikitərəfli sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir

06 Oktyabr 2026 / 12:16
49
İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

06 Oktyabr 2026 / 10:17
13
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

06 Oktyabr 2026 / 9:03
14
Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

06 Oktyabr 2026 / 8:37
16
Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

06 Oktyabr 2026 / 8:29
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.