04 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:Berlin silahlanır, Moskva cavab hazırlayır,Avropa böyük müharibə astanasında-Türkiyə hansı cəbhədə

Sentyabr 4, 2026
Siyasət
A A

 

Almaniya–Rusiya münasibətlərinin son dərəcə kəskinləşməsi artıq Rusiya–Ukrayna müharibəsi ilə bağlılıqdan kənara çıxır, baxmayaraq ki, Ukrayna müharibəsi bu prosesi başladan şərtlərdəndir. Almaniya ərazisində də Rusiya izi ilə partlayışlar baş versə də, qarşıdurmanın kökündə Avropanın təhlükəsizlik arxitekturasının əsaslı dəyişməsi prosesi dayanır.

Bunu Avropa.info-ya  Rusiya Almaniya münasibətlərini və Türkiyənin hansı tərəfə yer alacağını şərh edərkən, Milli Cəbhə Partiyasınin başqan müavini siyası şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, Rusiyanın Ukrayna müharibəsi, eyni zamanda ABŞ-ın, xüsusən Donald Tramp administrasiyasının NATO və Avropaya münasibəti, Vaşinqtonun qlobal prioritetlərindəki dəyişiklikləri, Qrenlandiya, Venesuela, İran, Kuba, Meksika və Kanada və sair istiqamətlərdəki mövqeləri Avropa dövlətlərində ABŞ-ın əvvəlki səviyyədə təhlükəsizlik təminatçısı statusunda qalacağına ciddi şübhə yaratdı.

Beləliklə, qabaran “Avropanın ancaq ABŞ – dan asılı olmayan təhlükəsizliyinin gələcəkdə kim təmin edəcək?” sualına Fransa, Böyük Britaniya və xüsusilə Almaniya önə çıxır.

İkinci Dünya müharibəsindən sonra hərbi gücü məhdudlaşdırılan Almaniya tarixi yaddaşını və hərbi potensialını qoruyub saxlaya bilib və bu gün Berlin həmin siyasi və psixoloji məhdudiyyətlərdən uzaqlaşır. Almaniyanın müdafiə büdcəsinə 83 milyard avro, Bundesverə əlavə 25 milyard avro xüsusi vəsait ayrılması, 2029-cu ilə qədər əsas müdafiə xərclərinin ÜDM-in 3,5 %-ə çatdırılması planı artıq sistemli hərbi dönüş, Almaniyanın milli təhlükəsizlik fəlsəfəsinin dəyişməsidir. Berlin iqtisadi gücünü hərbi-sənaye və müdafiə potensialına çevirməklə Avropanın təhlükəsizliyində daha böyük məsuliyyətə hədəflənir.

Müasir müharibələrdə texnologiya, dronlar və raket sistemləri mühüm olsa da, uzunmüddətli qarşıdurmanın əsas dayaqları yenə də insan resursu, sənaye və səfərbərlik potensialıdır. Almaniyanın üstünlüyü də məhz bu kompleks imkanlardadır. ABŞ-ın İran müharibəsi bunu bir daha sübut etdi.

Berlin Rusiya təhlükəsini qonşu Baltikyanı ölkələr – NATO üzvləri Latviya, Litva və Estoniyaya münasibətdə daha aydın görür. Almaniyanın hərbiləşməsi yalnız Rusiyaya qarşı hücum deyil, qabaqlayıcı çəkindirmə strategiyasıdır. Ancaq bu, bir paradoksa çevrilir – Almaniya təhlükədən qorunmaq üçün silahlanır, Rusiya isə silahlanmanı özünə qarşı təhlükə kimi qəbul edir. Proses nəzarətdən çıxarsa, çəkindirmə mexanizmi hərbi eskalasiyaya çevrilə bilər.

Almaniyanın hərbiləşməsində onun milli potensialı ilə yanaşı, Türkiyə faktorunun da əhəmiyyətli rolu var. Almaniyadakı böyük türk icması, Türkiyənin NATO üzvlüyü, coğrafi mövqeyi, Qara və Aralıq dənizlərinə çıxışı, Yaxın Şərqə yaxınlığı, böyük hərbi potensialı və inkişaf edən müdafiə sənayesi ilə bağlıdır. Almaniya Türkiyə ilə uzunmənzilli raketlər sahəsində əməkdaşlığa başlayıb. Almaniya həmçinin Türkiyədə Patriot sistemini yerləşdirərək 150 hərbçini də göndərib. “Eurofighter Typhoon” proqramı çərçivəsində Türkiyə ilə Almaniya arasında hərbi əməkdaşlıq başlayır.

Bu səbəbdən gələcək Avropa təhlükəsizlik arxitekturası yalnız Berlin–Paris–London xətti ilə məhdudlaşmaya bilər. Ancaq Ukrayna bu prosesin hələki mərkəzindədir.

Bu gün Ukrayna Avropanın şərqində Rusiyanın hərbi gücünü saxlayan əsas müdafiə xəttidir. Lakin Avropanın təhlükəsizliyinin uzunmüddətli perspektivdə Ukrayna ordusuna həvalə edilməsi Avropanın marağında deyil. Yəni, Ukrayna keçid dövrünün strateji sipəridir və bu müddətdə Almaniya Avropanın təhlükəsizlik sistemini qurmağa çalışır.

O da istisna deyil ki, I və II Dünya müharibələrinə başlamış Almaniya lazımi böyük hərbi güc əldə etdikdən sonra da yeni dünya müharibəsinin başlanğıcını verə bilər.

Hazırkı şəraitdə Almaniyanın Rusiya ilə birbaşa müharibəyə başlaması nə Berlinin, nə də Moskvanın maraqlarına uyğundur. Ancaq Almaniya müharibəyə cəlb olunan əsas Avropa güclərindən biri ola bilər. Ukrayna müharibəsi daha böyük geosiyasi transformasiyanın katalizatorudur. Əsas proses Avropanın İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik modelindən çıxaraq yeni hərbi-siyasi arxitektura yaratmasıdır. Rusiya təhlükəsi, ABŞ-ın müttəfiqlərinə münasibəti bu prosesi sürətləndirib.

Avropa.info

Əvvəlki Yazı

Britaniya ordusu pula qənaət etmək üçün təcili olmayan təlimlərdən imtina edəcək

Növbəti Yazı

Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

XƏBƏR LENTİ

Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

04 Sentyabr 2026 / 12:53
0
Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

04 Sentyabr 2026 / 12:48
1
Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

04 Sentyabr 2026 / 12:05
17
Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

04 Sentyabr 2026 / 11:53
11
Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

04 Sentyabr 2026 / 11:39
13
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:Berlin silahlanır, Moskva cavab hazırlayır,Avropa böyük müharibə astanasında-Türkiyə hansı cəbhədə

04 Sentyabr 2026 / 11:15
118
Britaniya ordusu pula qənaət etmək üçün təcili olmayan təlimlərdən imtina edəcək

Britaniya ordusu pula qənaət etmək üçün təcili olmayan təlimlərdən imtina edəcək

04 Sentyabr 2026 / 10:23
9
Xırdalanda obyektdə güclü yanğın baş verib- Video

Xırdalanda obyektdə güclü yanğın baş verib- Video

04 Sentyabr 2026 / 10:14
4
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi

04 Sentyabr 2026 / 10:08
8
Rusiya: Biz Ukraynada yanacaq, enerji və hərbi sənaye obyektləri və limanlarını vurduq

Soçidə neft anbarı pilotsuz təyyarənin zərbəsindən sonra yanıb

04 Sentyabr 2026 / 10:03
1
Odessada cümə günü səhər Rusiyanın hücumu nəticəsində bir nəfər həlak olub

Odessada cümə günü səhər Rusiyanın hücumu nəticəsində bir nəfər həlak olub

04 Sentyabr 2026 / 9:53
3
Zaporojyedə dronlar hündürmərtəbəli binaya hücum edib, bir qadın xəsarət alıb

Zaporojyedə dronlar hündürmərtəbəli binaya hücum edib, bir qadın xəsarət alıb

04 Sentyabr 2026 / 9:47
14
Lou: ABŞ Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirir

Lou: ABŞ Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirir

04 Sentyabr 2026 / 9:34
11
Rostov vilayəti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

Rostov vilayəti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

04 Sentyabr 2026 / 9:23
10
ABŞ İsraili boykot edən universitetləri cəzalandırmaq üçün qanun qəbul edib

ABŞ İsraili boykot edən universitetləri cəzalandırmaq üçün qanun qəbul edib

04 Sentyabr 2026 / 9:16
9
ABŞ-ın vitse-prezidenti Vance İranla bağlı “bütün variantların” masada olduğunu deyib

ABŞ-ın vitse-prezidenti Vance İranla bağlı “bütün variantların” masada olduğunu deyib

04 Sentyabr 2026 / 8:47
4
İrana qarşı Avropa İttifaqı əməliyyata qoşulur

İrana qarşı Avropa İttifaqı əməliyyata qoşulur

04 Sentyabr 2026 / 8:31
6
Varvikko: Finlər başa düşməyə başlayıblar ki, Ukraynaya yardım ölkəyə ziyan vurur

Varvikko: Finlər başa düşməyə başlayıblar ki, Ukraynaya yardım ölkəyə ziyan vurur

04 Sentyabr 2026 / 8:24
3
Tramp: İspaniya miqrantlara görə məhv ola bilər

Tramp: İspaniya miqrantlara görə məhv ola bilər

04 Sentyabr 2026 / 8:12
13
Avropa İttifaqı Ermənistanı böyük şəkildə qurdu – indi onun Aİİ-dən çıxarılması qaçılmaz oldu

Avropa İttifaqı Ermənistanı böyük şəkildə qurdu – indi onun Aİİ-dən çıxarılması qaçılmaz oldu

04 Sentyabr 2026 / 8:01
8
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

ABŞ Gizli Xidməti təhlükəsizlik siyasətini yeniləmir

04 Sentyabr 2026 / 7:53
3
İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələrini davam etdirir

İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələrini davam etdirir

04 Sentyabr 2026 / 7:43
3
Yəməndə husilərin yüksək rütbəli lideri öldürülüb

Yəməndə husilərin yüksək rütbəli lideri öldürülüb

04 Sentyabr 2026 / 7:34
7
Paşinyan: Ermənistan Avropa İttifaqına daxil olmaq haqqında qanunu ləğv etmək niyyətində deyil

Paşinyan: Ermənistan Avropa İttifaqına daxil olmaq haqqında qanunu ləğv etmək niyyətində deyil

04 Sentyabr 2026 / 7:23
15
BMT-dən son min ilin ən güclü El Nino xəbərdarlığı: 2027-ci il tarixin ən isti ili ola bilər

BMT-dən son min ilin ən güclü El Nino xəbərdarlığı: 2027-ci il tarixin ən isti ili ola bilər

04 Sentyabr 2026 / 7:00
17
Saturnun cənub qütbündə tapılan sirli onbucaqlı bulud quruluşu

Saturnun cənub qütbündə tapılan sirli onbucaqlı bulud quruluşu

04 Sentyabr 2026 / 1:31
19
Tramp Putini G20 sammitinə dəvət etməkdən danışıb

Tramp Putini G20 sammitinə dəvət etməkdən danışıb

04 Sentyabr 2026 / 1:23
16
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Sobyanin: Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 10 pilotsuz təyyarəni vurub

04 Sentyabr 2026 / 1:16
17
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

Tramp: Kifayət qədər sursat var

04 Sentyabr 2026 / 1:09
6
Girnədə batan gəmidən sağ çıxan gənclər qorxulu anlardan danışdılar

Girnədə batan gəmidən sağ çıxan gənclər qorxulu anlardan danışdılar

04 Sentyabr 2026 / 1:04
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.