02 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

“Səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”-BƏYANAT

Sentyabr 2, 2026
Manşet
A A

“Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın insan sağlamlığının keşikçiləri olan çoxsaylı tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür”.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bəyanatında deyilir.

“Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib.

Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.

Bu ardıcıl sosial siyasətin davamı olaraq, hörmətli Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi, insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı diqqətin daha bir göstəricisidir.

Əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da artırır.

Yeni əməkhaqqı qaydalarının 72 mindən çox tibb işçisini əhatə etməsi həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın növbəti sosial təşəbbüsü tibbi peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı olaraq, tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Hesab edirik ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir”, – bəyanatda bildirilir.

Əvvəlki Yazı

Niderland Səfirliyi Azərbaycana təşəkkur etdi

Növbəti Yazı

Kiberdələduzluğa həbs olunan xanim məşhur həkim çixdi

XƏBƏR LENTİ

İraq Hörmüz boğazı ilə bağlı problemlərdən yan keçməyin yolunu tapıb

İraq Hörmüz boğazı ilə bağlı problemlərdən yan keçməyin yolunu tapıb

02 Sentyabr 2026 / 22:49
4
ÜST: DRC-də Ebola indiyə qədər gördüyümüz ən sürətlə yayılan epidemiyadır

ÜST: DRC-də Ebola indiyə qədər gördüyümüz ən sürətlə yayılan epidemiyadır

02 Sentyabr 2026 / 22:22
5
Kiberdələduzluğa həbs olunan xanim məşhur həkim çixdi

Kiberdələduzluğa həbs olunan xanim məşhur həkim çixdi

02 Sentyabr 2026 / 22:09
15
“Səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”-BƏYANAT

“Səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”-BƏYANAT

02 Sentyabr 2026 / 22:00
17
Niderland Səfirliyi Azərbaycana təşəkkur etdi

Niderland Səfirliyi Azərbaycana təşəkkur etdi

02 Sentyabr 2026 / 18:17
19
Kilian Mbappeni qaçırmaq istəyən dəstə həbs olundu

Kilian Mbappeni qaçırmaq istəyən dəstə həbs olundu

02 Sentyabr 2026 / 17:39
5
KKTC Baş naziri: Texniki araşdırmalardan sonra ən qısa zamanda ilkin hesabat hazırlanacaq

KKTC Baş naziri: Texniki araşdırmalardan sonra ən qısa zamanda ilkin hesabat hazırlanacaq

02 Sentyabr 2026 / 17:32
17
L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

02 Sentyabr 2026 / 17:24
13
Odlu silahdan yaralanan 31 yaşlı çoban öldü

Odlu silahdan yaralanan 31 yaşlı çoban öldü

02 Sentyabr 2026 / 17:09
19
İskəndərundan çıxaraq Silivridə batmış gəminin görüntüləri əldə edilib

İskəndərundan çıxaraq Silivridə batmış gəminin görüntüləri əldə edilib

02 Sentyabr 2026 / 17:01
4
İsrail ordusunun Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb

İsrail ordusunun Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb

02 Sentyabr 2026 / 16:54
17
Rusiya: Hava limanlarında uzunmüddətli fasilələrə yol verilməyəcək

Rusiya: Hava limanlarında uzunmüddətli fasilələrə yol verilməyəcək

02 Sentyabr 2026 / 16:33
24
Hüquqşünas Ülle Madise Estoniyanın yeni prezidenti oldu

Hüquqşünas Ülle Madise Estoniyanın yeni prezidenti oldu

02 Sentyabr 2026 / 16:26
23
 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

02 Sentyabr 2026 / 16:19
22
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

02 Sentyabr 2026 / 16:09
18
 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

02 Sentyabr 2026 / 16:00
16
Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

02 Sentyabr 2026 / 14:43
24
Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

02 Sentyabr 2026 / 14:34
15
Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

02 Sentyabr 2026 / 14:09
20
Prezident İlham Əliyev Fərman İmzalayıb

Prezident İlham Əliyev Fərman İmzalayıb

02 Sentyabr 2026 / 14:01
11
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

02 Sentyabr 2026 / 13:51
12
Girne sahillərində batan gəmi tapılıb

Girne sahillərində batan gəmi tapılıb

02 Sentyabr 2026 / 13:20
21
Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

Filenin Sultanlarının rəqibi Almaniyadır: Hədəf yarımfinaldır

02 Sentyabr 2026 / 12:58
12
Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

02 Sentyabr 2026 / 12:43
20
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”ABŞ İrana qarşı niyə müharibəyə başlamışdı”-qalib kim oldu

02 Sentyabr 2026 / 11:21
88
Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

02 Sentyabr 2026 / 10:59
2
ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

02 Sentyabr 2026 / 10:26
13
İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

02 Sentyabr 2026 / 10:17
9
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:“Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan Üzərindən Avropaya Birləşdirir”

02 Sentyabr 2026 / 10:08
95
Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

02 Sentyabr 2026 / 10:01
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.