26 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Vüqar Dadaşov -Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabına münasibətim

Avqust 6, 2026
Cəmiyyət
A A

Bir il qapalı saxladığım yazımı diqqətinizə təqdim edirəm:

“Milli Tariximizə sayğı, yoxsa daş-qalaq? Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabına münasibətim

Tarixə yanaşma, xüsusilə milli kimlik və yaddaşla bağlı yanaşma sadəcə bilik məsələsi deyil – bu, həm də mövqe və dövlətçilik məsələsidir. Azərbaycan xalqının minilliklərə söykənən dövlətçilik təcrübəsi, müqəddəs şəhidlərin qanı, xalqımızın parçalanmaz kimliyi heç vaxt ideoloji manipulyasiyaların oyuncağı olmamalıdır.

Bunu Avropa.info-ya müsahibəsində Milli Cəbhə Partiyasınin Başqan Müavini , Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə”
kitabı bir ziyalının tarixi dərindən dərk etmək istəyindən çox, ideoloji revanş, milli tarixin üzərinə kölgə salmaq və süni siyasi qənaətləri cəmiyyətə yeritmək cəhdi kimi görünür.

Şah İsmayıl İranın yox, Azərbaycan oğludur!

Kitabda ən ciddi təhriflərdən biri Şah İsmayıl Xətaiyə və Səfəvilər dövlətinə münasibətdə ortaya çıxır. Fazil Mustafa faktiki olaraq Səfəviləri İran dövlətçiliyinin əsası kimi təqdim edir. Bu, tarixə qarşı açıq sayğısızlıq, milli kimliyimizə qarşı isə ideoloji sabotaj deməkdir.

Şah İsmayıl – Azərbaycan xalqının oğlu, türk dünyasının rəhbəri, milli düşüncənin simvoludur. Səfəvilər dövləti – nə fars ideologiyasının, nə də şiə fanatizminin nəticəsi deyil; o, türkün siyasi varlığının, hərbi iradəsinin, ideoloji birliyinin ifadəsi idi. Bugünkü fars-molla rejimi ilə Şah İsmayıl arasında heç bir tarixi və ruhi bağ yoxdur. Əksinə, farsçılıq bu mirası həzm edə bilmədiyi üçün onu tarixdən ya silməyə, ya da “özününküləşdirməyə” çalışır.

Fazil Mustafa isə – bilərəkdən, ya bilməyərəkdən – bu “iranlaşdırma” prosesinə “mədəni xidmət” göstərir.

Dini kimlik düşmənçilik obrazı yaratmaq üçün alət olmamalıdır

Kitabda İranın Azərbaycana düşmən münasibəti dini fərqlərlə izah olunur. Bu, kökündən yanlış yanaşmadır. İran Azərbaycanın şiə olması ilə maraqlanmır – İran Azərbaycanı türk olduğu üçün, azad və müstəqil olduğu üçün düşmən bilir!

Əgər dini eynilik ölkələr arasında münasibətləri tənzimləsəydi, İran xristian Ermənistanla yox, əsasən şiə Azərbaycanla qardaş olardı. Amma belə deyil. Çünki İran rejimi üçün əsas dəyər – fars millətçiliyidir. Bu rejim nə islam, nə şiəlik, nə də əxlaqla hərəkət etmir – o, imperial məqsədlərlə formalaşmış rasist-fars sistemidir.

Azərbaycan – tolerantlığın, dözümlülüyün müqəddəs ocağıdır.

Azərbaycan ərazisində tarix boyu müxtəlif dinlər – zərdüştlük, xristianlıq, iudaizm, islam və s. sülh şəraitində yaşayıb. Bu gün də ölkəmiz dünyaya dini dözümlülük modeli təqdim edən nadir dövlətlərdəndir. Bu, xalqımızın mənəviyyatından, açıq dünyagörüşündən qaynaqlanır.

Xatırladım ki, Azərbaycan xalqının bütün tarixi təkamül dövründə bir-birini əvəzləyən müxtəlif dinlərə etiqad edib. Qısa desək, dəfələrlə dinini dəyişib, dəyişməz qalan isə milli kimliyimiz və etnosumuzdur. Yəni, dini mənsubiyyət heç bir halda milli kimlikdən öndə olmayıb və ola da bilməz. Ona görə də milli kimliyi dini mənsubiyyətinə görə ittiham etmək və həmin dövrü tarixdən imtina xalqın kimliyini unutdurmaq cəhdidir.

Azərbaycan xalqının dini inancından siyasi və ideoloji manipulyasiya üçün istifadə etmək – ictimai sabitliyi pozmaq, məzhəbçilik toxumu səpmək və bütövlüyümüzə qarşı psixoloji müharibə aparmaqdır. Fazil Mustafanın sərgilədiyi yanaşma, istər-istəməz, daxili parçalanma meyillərinə alət ola bilər. Bu isə artıq ziyalı mövqeyi deyil – təhlükəli ritorikadır.

Milli kimliyə qəsd, tarixə qarşı etinasızlıq qəbulolunmazdır!

Fazil Mustafanın təqdim etdiyi bu kitab Azərbaycan xalqına, tariximizə, dini-mədəni mirasımıza xidmət etmir. Bu, tarixi faktları və siyasi reallığı təhrif etməkdir. Bu, öz kökünə qarşı qərəzli və qeyri-obyektiv mövqedir. Və bu cür mövqelər cəmiyyətdə ideoloji təfriqə və milli inamsızlıq mühiti yaradır.

Bu gün tarix yazmaq, tarixə münasibət bildirmək sadəcə intellektual təzahür deyil – bu, ictimai məsuliyyətdir. Şah İsmayıla “İran padşahı” deməklə, Səfəvini “fars dövlətçiliyinin əsası” adlandırmaqla nə tarix dəyişir, nə də xalqın yaddaşı.

Milli tariximizi tarix kimi qorumaq – vətəndaş borcumuzdan əvəlləl qan yadaşımızın qorunması məsuliyyətidir.

Azərbaycanın tarixi qaranlıq deyil – o, şəhid qanı ilə yazılmış, milli ruhla yoğrulmuş bir nur yoludur. Bu yolun üzərinə kölgə salmaq istəyənlər ya bilməyərəkdən yanlış addım atır, ya da bilərəkdən milli iradəyə qarşı mövqe sərgiləyir.

Biz tarixi qorumalıyıq. Biz kimliyimizi qorumalıyıq. Biz öz liderlərimizi, mücadilə tariximizi, əcdadlarımızın yolunu fars tarixçiliyinin, ya da məzhəbi manipulyasiyanın predmetinə çevrilməkdən xilas etməliyik.

Tarix, dini inanc və milli yaddaş – bu xalqın müqəddəs dəyərləridir. Bu dəyərlərlə oynamayın!

Vüqar Dadaşov
Azərbaycan Yazıçılar, Jurnalistlər Birliyinin üzvü.
26.07.2025″

Avropa.info

Əvvəlki Yazı

Elxan Şahinoğlu:”Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək”

Növbəti Yazı

ABŞ-da jalapeno bibərinin səbəb olduğu düşünülən salmonella epidemiyası 27 ştata yayılıb

XƏBƏR LENTİ

İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

25 Sentyabr 2026 / 17:06
8
Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

25 Sentyabr 2026 / 16:54
57
İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

25 Sentyabr 2026 / 14:59
8
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Zelenski: Səhər saatlarından ümumilikdə 8 bölgə hücuma məruz qalıb

25 Sentyabr 2026 / 14:48
4
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

25 Sentyabr 2026 / 14:21
18
İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

25 Sentyabr 2026 / 14:04
23
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

İsraildə keçirilən sorğuya görə,  Netanyahu bloku parlamentdə 49 yerə düşüb

25 Sentyabr 2026 / 14:00
21
Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

25 Sentyabr 2026 / 13:57
13
Prezident İlham Əliyev:”Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

Prezident İlham Əliyev:”Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

25 Sentyabr 2026 / 13:51
6
Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

25 Sentyabr 2026 / 13:48
8
Ehtiram Mehtiyev:”Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır”

Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etmeli və öz təkliflərini ortaya qoymalıdır”

25 Sentyabr 2026 / 13:36
73
Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

25 Sentyabr 2026 / 9:51
10
Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

25 Sentyabr 2026 / 9:42
123
Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

25 Sentyabr 2026 / 9:39
0
Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

25 Sentyabr 2026 / 9:31
16
Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

25 Sentyabr 2026 / 9:19
3
Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

25 Sentyabr 2026 / 9:11
18
Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

25 Sentyabr 2026 / 9:01
14
İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

25 Sentyabr 2026 / 8:55
3
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

HƏMAS: Netanyahunun BMT-dəki çıxışı boş və yalanlarla dolu idi

25 Sentyabr 2026 / 8:47
12
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Evlə jurnalistlər arasında olan böhranin son vəziyyəti

25 Sentyabr 2026 / 8:38
5
Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

25 Sentyabr 2026 / 8:32
18
Kolumbiya İranla diplomatik əlaqələri kəsib

Kolumbiya İranla diplomatik əlaqələri kəsib

25 Sentyabr 2026 / 8:25
12
Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

25 Sentyabr 2026 / 8:06
9
Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

25 Sentyabr 2026 / 7:51
20
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian deyib ki, onlar ABŞ-la “razılaşmaya hazırdırlar”

25 Sentyabr 2026 / 7:48
17
Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

25 Sentyabr 2026 / 7:40
3
Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

25 Sentyabr 2026 / 7:10
8
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

24 Sentyabr 2026 / 21:34
11
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 / 20:16
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.