07 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Nazim Hüseynlinin “Oğuz rayonu və tanınmış insanları” kitabı haqqında

Avqust 5, 2026
Cəmiyyət
A A

Uzun illərdir füsünkar təbiətə malik Oğuz rayonunun mədəni həyatında zəhməti ilə yer tutmuş dostum, qələm yoldaşım, tanınmış jurnalist, şair Nazim Hüseynlinin bu günlərdə mənə təqdim etdiyi, müəllifi olduğu “Oğuz rayonu və tanınmış insanları” adlı kitabını maraqla oxudum və bu haqda düşüncələrimi, qısa fikirlərimi bölüşmək istədim.

Diqqətimi çəkən ilk məqamlardan biri bu oldu ki, kitabda Oğuz ra­yo­nu ilə bağ­lı indiyədək bir sı­ra  çap materiallarının olmasına baxmayaraq, bu  nəşr­lə­rin heç bi­rin­də ay­rı­lıq­da ra­yo­nun keç­mi­şinə, bu­gün­ünə, eləcə də, müx­tə­lif sa­hə­lə­rə aid ət­raf­lı mə­lu­mat­ların bir mən­bə şək­lin­də verilmədiyi qeyd edilir. Deməli, sevindirici haldır ki, Nazim müəllimin ərsəyə gətirdiyi bu kitab, əslində, bundan sonra Oğuz rayonu haqqında yazılacaq məqalələr, kitablar üçün  bir sanballı mənbə rolunu oynayacaq. Burada ra­yo­nun ta­ri­xi, bu­gün­kü həyatı, in­ki­şa­f perspektivləri, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Oğu­z rayonuna sə­fər­lə­ri, Oğu­z şəhərinin  Slo­ve­ni­ya­nın No­va Go­ri­ca şə­hə­ri ilə qar­daş­laş­ma­sı barədə materiallar, fotoşəkillər, 44 gün­lük Və­tən mü­ha­ri­bə­sin­də qəhrəman oğuz­ oğulla­rının iş­ti­ra­kı, ölməz şə­hid­lə­ri­miz, Oğu­zun gəlmiş-keçmiş ta­nın­mış in­san­la­rı, rayon və respublika səviyyəsində təh­sil, sə­hiy­yə, mə­də­niy­yət  və di­gər sa­hə­lə­rdə ad qazanmış hörmətli insanların keç­di­yi ömür yol­u ilə bağ­lı ət­raf­lı mə­lu­mat­lar əks olu­nub.

1930-cu il avqustun 8-də təşkil olunmuş Oğuz ra­yo­nu­nun  95 il­li­yi­nə həsr edi­lmiş ki­tab mü­əl­li­fin “Oğu­zum mə­nim” şei­ri ilə baş­la­yır:

 

Аdı gö­zəl, özü gö­zəl bir diyаr,

Tаri­хin sə­si­dir Оğu­zum mə­nim.

Yоrulmаq bil­mə­yən insаnlа­rı vаr,

Hü­nər də­ni­zi­dir Оğu­zum mə­nim.

 

Qаrtаllаr bə­zə­yi, dаğlаr vüqа­rı,

Gö­rü­nər bаşındа yаydа dа qаrı,

Tаnrı­nın bəх­şi­şi – nеmə­ti, vаrı,

Gö­zəl­lik sö­zü­dür Оğu­zum mə­nim.

 

Beş böl­mə­dən iba­rət olan ki­ta­bın əv­və­lin­də “Oğuz ra­yo­nu: fakt­lar və rə­qəm­lər”, “Oğuz ra­yo­nu haq­qın­da mə­lu­mat” ya­zı­la­rı təq­dim olu­nur. Qeyd edilir ki, “Böyük Qafqazın cənub yamacında yerləşən indiki Oğuz ra­yo­nu (1930 – 1991-ci il­lər­də Var­ta­şen ra­yo­nu) şi­­mal­dan Da­ğıs­tan va­si­tə­si ilə Ru­si­ya Fe­de­ra­si­ya­sı, şərq­dən Qə­bə­lə rayonu, qərb­­dən və cə­nub­dan Şə­ki rayonu, cə­nub­dan isə Ağ­daş ra­yon­la­rı ilə həm­­sər­həd­dir. Əra­zi­si 1077 km², mər­kə­zi Oğuz şə­hə­ri­dir. Ra­yon mər­kə­zi olan Oğuz şəhəri 1961-ci ilə qə­dər kənd olub. 1961-ci il­də şə­hər tip­li qə­sə­bə, 1969-cu il­də ra­yon ta­be­li­yin­də şə­hər sta­tu­su alıb. Rayonun ziyalılarının və ağsaqqallarının təşəbbüsü ilə Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin 7 fev­ral 1991-ci il ta­rix­li, 54 – XII say­lı Qə­ra­rı ilə  Var­ta­şen ra­yo­nu Oğuz ra­yo­nu ad­lan­dı­rıl­mış­dır.”

Kitabda “Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Oğuz ra­yo­nu­na sə­fər­lə­ri” baş­lıq­lı ya­zıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuza səfəri zamanı insanlarla görüşündə dediyi sözlər ayrıca yer alıb: “Siz, ra­­yo­­nun sa­­kin­­lə­­ri yax­­şı bi­­lir­­si­­niz ki, əha­­li ba­­xı­­mın­­dan Oğuz bö­­yük ra­­yon de­­yil­­dir. Am­­ma mə­­nim üçün bu, heç vaxt heç bir me­­yar ol­­ma­­mış­­dır. Mə­­nim üçün bü­­tün ra­­yon­­lar əziz­­dir, bü­­tün Azər­­bay­­can və­­tən­­daş­­la­­rı əziz­­dir. Ra­­yo­­nun bö­­yük-ki­­çik­­li­­yin­­dən ası­­lı ol­­ma­­ya­­raq, mən dü­­şü­­nü­­rəm ki, hər bir yer­­də, hər bir ra­­yon­­da çox gö­­zəl şə­­ra­­it ol­­ma­­lı­­dır. Həm id­­man­­la məş­­ğul ol­­maq üçün şə­­ra­­it, həm inf­­rast­­ruk­­tur la­­yi­­hə­­lə­­ri, həm də sə­­hiy­­yə ob­­yekt­­lə­­ri, mək­­təb­­lər, yol­­lar, abad­­lıq iş­­lə­­ri ol­­ma­­lı­­dır. Biz Oğuz ra­­yo­­nun­­da bü­­tün bun­­la­­rı gö­­rü­­rük”. Öl­kə baş­çı­sı­nın ra­yo­na etdiyi 6 sə­fər­in hər bi­ri haq­qın­da kitabda konk­ret mə­lu­mat­lar ve­ri­lir. Bu sə­fər­lərdən son­ra ve­ri­lmiş Pre­zi­dent Sə­rən­cam­la­rı ilə ra­yon­da ge­niş inf­rast­ruk­tur la­yi­hə­lə­rinin hə­ya­ta ke­çi­ril­məsi, bir sı­ra is­teh­sal və so­si­al ob­yekt­lərin in­şası, mü­hüm abad­lıq iş­lə­rinin gö­rül­məsi, ra­yo­nun si­ma­sınin əsas­lı şə­kil­də də­yiş­məsi müəllif tərəfindən xüsusi minnətdarlıqla xatırlanır. Prezident cənab İlham Əliyevin Oğuz rayonuna səfərlərinə və bu səfərlərdən sonra inşa edilmiş müxtəlif təyinatlı obyektlərə aid foto-şəkillər rayonun son illərdəki inkişafı ilə bağlı real və qururverici təsəvvvür yaradır.

Azərbaycanın Oğuz və Sloveniyanın Nova Gorica şəhərləri qardaşlaşmış şəhərlərdir”  başlıqlı yazıda Nazim müəllim Oğuz Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sının 2025-ci il okt­yab­rın 21 – 25-də Slo­ve­ni­ya Res­pub­li­ka­sının No­va Go­ri­ca şə­hə­r me­ri­nin rəs­mi də­və­ti ilə bu ölkədə iş­gü­zar sə­fər­də olması, Oğuz ilə qar­daş­laş­mış şə­hər olan Slo­ve­ni­ya­nın No­va Go­ri­ca şə­hə­rin­də mü­va­fiq gö­rüş­lə­rin ke­çi­ril­mə­si və iki tə­rəf­daş şə­hər ara­sın­da dost­luq və əmək­daş­lıq əla­qə­lə­ri­ndən qürurla bəhs edir. Kitabda bu qardaşlaşma ilə bağlı təqdim olunan məlumatlar və şəkillər maraqla bir-birini izləyir.

Daha sonra Oğu­zun ta­ri­xi keç­mi­şi, ra­yonun təş­kil olun­masından əvvəl və son­ra əra­zi­də təh­si­lin, sə­hiy­yə­nin, mə­də­niy­yə­tin in­ki­şa­fı, di­gər mə­sə­lə­lər­lə bağ­lı ve­ri­lən ya­zı­lar və  ma­te­ri­al­lar, doğrudan da, ma­raq­lı və  də­yər­li məlumat­lar təq­dim edir.

Belə yazılardan biri M.F.Axund­za­də­nin “He­ka­yə­ti-Mol­la İb­ra­him­xə­lil kim­ya­gər” əsə­ri və Xaçmaz kəndi” məqaləsidir. Məqalədə Azər­bay­can mil­li dra­ma­tur­gi­ya­sı­nın əsa­sını qoymuş M.F.Axund­za­də­nin “He­ka­yə­ti-Mol­la İb­ra­him­xə­lil kim­ya­gər” əsə­rinin, 1850-ci il­də ya­zıl­mış dörd məc­lis­dən iba­rət olan bu əsə­rin bir məc­li­sin­dəki ha­di­sə­lərin Nu­xa şə­hə­rin­də, üçüncü məc­li­sin­dəki hadisələrin isə Oğuz rayonunun Xaç­maz kəndindəki da­ğda baş ve­rdiyi qeyd olunur. Təbii ki, Mir­zə Fə­tə­li bu ko­me­di­ya­nın su­je­ti­ni XIX əs­rin 30-cu il­lə­rin­də Nu­xa qə­za­sın­da baş ver­miş re­al bir ha­di­sə­dən gö­tür­müş­dür, Mol­la İb­ra­him­xə­lil kim­ya­gər re­al bir şəx­siy­yət­dir və o, Oğuz ərazisində “fəaliyyət göstərib”. Bu­nun­la bağ­lı Mir­zə Fə­tə­li Axund­za­də­nin 3 cild­dən iba­rət “Se­çil­miş əsər­lə­ri”nin I cil­din­də mü­fəs­səl mə­lu­mat da var. Bu ba­rə­də ilk mə­lu­ma­tın maa­rif­çi dra­ma­turq Rə­şid bəy Əfən­di­yevin ədib haq­qın­dakı xa­ti­rə­lə­rin­də ver­məsi ayrıca deyilir:

“Mol­la İb­ra­him­xə­lil bir qə­dər gü­mü­şü qum­lu tor­pa­ğa qa­tıb, sər­dar dəf­tər­xa­na­sı­na gə­ti­rir. Bir əri­zə ilə sər­da­ra mü­ra­ci­ət edə­rək, Xaç­maz dağ­la­rın­da gü­müş mə­də­ni tap­dı­ğı­nı bil­di­rib, hə­min mə­də­ni iş­lət­mə­yə ica­zə is­tə­yir və hö­ku­mət­dən mad­di yar­dım tə­ləb edir. Sər­dar Mol­la İb­ra­him­xə­li­lin gə­tir­di­yi qa­rı­şıq tor­pa­ğı müa­yi­nə edib Pe­ter­bur­qa gön­də­rir. Müa­yi­nə nə­ti­cə­sin­də tor­pa­ğın içə­ri­sin­də əl­li fa­iz gü­müş ol­du­ğu ay­dın­laş­dı­ğın­dan, hə­mən mə­də­ni iş­lət­mək üçün hö­ku­mət Mol­la İb­ra­him­xə­li­lə ica­zə və dörd min ma­nat da pa­ra ve­rir. Mol­la İb­ra­him­xə­lil ica­zə al­dıq­dan son­ra ge­dib, bir müd­dət Xaç­maz dağ­la­rın­da ça­dır qu­rub otu­rur. Hər tə­rəf­dən pul­lu ta­cir­lər bu­nun ya­nı­na gə­lir­lər. Mol­la İb­ra­him­xə­lil isə ya­nı­na saç­lı-na­çaq­lı bir dər­viş alıb, ik­sir ilə tor­pa­ğı gü­mü­şə dön­dər­mək haq­qın­da möv­hu­mat­lar ya­yıb, xal­qın ba­şı­nı qa­rış­dı­rır­dı. Be­lə­lik­lə, az bir za­man içə­ri­sin­də, Mol­la İb­ra­him­xə­lil çox pa­ra yığ­dı.”

Bu gün Oğuzun saf təbiəti kimi təmiz oğuzlular, xaç­maz­ kəndinin sakinləri ik­si­rin, kim­ya­nın gü­cü­nə mi­si gü­mü­şə çe­vir­mək ya­la­nıy­la ta­mah­kar adam­la­rı al­da­dan həm­yer­li­lə­ri Mol­la İb­ra­him­xə­li­lin əməl­lə­ri­nə, ta­mah­la­rı ucun­dan onun to­ru­na dü­şən­lə­rə ürəkdən gü­lür, bü­tün bun­lar­la bə­ra­bər Azər­bay­can  dra­ma­tur­gi­ya­sı­nın ba­ni­si M.F.Axund­za­də­nin ilk dra­mın­da on­la­rın elində, obasında, kən­din­də baş ve­rən real əh­va­lat­lar­dan bəhs edil­di­yi­ni keçmişin mühüm hadisəsi hesab edir.

Kitabda “Uğan mağarası”, “Kur­qan­lar”, “1838-ci il Şəki üsyanında Xaçmaz mahalının (indiki Oğuz rayonu) iştirakı”, “A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində indiki Oğuz rayonu ilə bağlı məlumatlar”, “1941 – 1945-ci illərdə orduya kömək”, “Oğuz Şəhidlər Xiyabanı”, “Xaçmaz kənd Şəhidlər Xiyabanı” və digər yazılar da maraq cəlb edir.

Ra­yo­nun ta­nın­mış adam­la­rı haq­qın­da yer almış oçerk və ma­te­ri­al­lar “XVI­II – XIX  əsr­lər­də dün­ya­ya gə­lən­lər”, “XX əs­rin bi­rin­ci ya­rı­sın­da dün­ya­ya gə­lən­lər”, “XX əs­rin ikin­ci ya­rı­sın­da dün­ya­ya gə­lən­lər” baş­lıq­la­rı al­tın­da təq­dim olu­nur. XVI­II – XIX əsr­lər­də fəa­liy­yət gös­tər­miş şa­ir­lər Müc­rim Kə­­rim Vаrdаni, Аbdullа Pаdаr­lıdan tutmuş, Oğu­zun ilk ali təh­sil­li zi­ya­lı­la­rı – Şə­ki (Nu­­xa) qə­za­sı­nın Qa­ra­bal­dır (in­di­ki Oğuz ra­yo­nu­nun Qa­ra­bal­­dır kən­di) kən­din­də 1860-cı il­də dün­ya­ya gə­lmiş, Tif­lis­də oxu­muş Sü­ley­man bəy Əb­dür­rəh­man­bəy­za­də qədər, 1896-cı il­də Xaç­maz kən­din­də ana­dan olmuş, İs­tan­bul Uni­ver­si­te­tin­də təh­­sil al­mış iq­ti­sad elm­lə­ri na­mi­zə­di, rep­res­si­ya qur­ba­nı Ab­dul­la Ta­hir­za­dədən tutmuş, ra­yo­nun ilk ali­mi, “Аzərbаy­cаn аrхеоlоgiyа­sı­nın аtаsı” аdlаndı­rılаn Sаlеh Qаzıyеvə qədər, Аvrоpа tехnоlоgiyаlа­rı­nı ilk də­fə Аzərbаycаnа gə­tir­miş sа­hibkаrlаrdаn bi­ri, Хаlq Cüm­hu­riy­yə­ti döv­rün­də mil­lət və­­ki­li оlmuş Qə­rib Məhəm­məd­kə­rim оğlu (Qə­rib yüzbа­şı), Аzər­bаycаndа tibb еlmi­nin in­kişа­fı üçün bö­yük səy­lər gös­tər­­miş ta­nın­mış hə­kim­lər Fər­ruх Sеyidоv, Əl­fəd­din Аbdul­lаyеv, rаyоnun ilk еlmlər dоktоru İsrа­fil İsmа­yılоv və baş­qa­la­rı haq­qın­da oçerk­lə­rin hər bi­ri kitabda diqqəti cəlb edir.

“On­lar öl­kə­mi­zin əra­zi bü­töv­lü­yü uğ­run­da şə­hid ol­muş­lar” ad­lı üçün­cü böl­mə mü­əl­li­fin və­tən­pər­vər­lik ruh­lu “Gö­zün ay­dın xal­qım, Şu­şa alın­dı” və “Də­mir yum­ruq” şe­ir­lə­ri ilə baş­la­yır. “Dəmir yumruq” şeiri Şanlı Zəfərimizin memarı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Bayraq kimi dalğalanan, düşmənin başını əzməyə həmişə hazır olan Dəmir yumruğu haqqında ballada kimi səslənir:

 

O yumruq – bütövlük, birlik rəmzimiz,

İnkişaf rəmzimiz, dirlik rəmzimiz,

İmzamız, möhrümüz, varlıq rəmzimiz,

Dalğalanır Bayraq kimi o yumruq!

 

O yumruq düşmənin əzir başını,

Daş üstə yağının qoymur daşını,

Səfərbər eyləyir xalqı, qoşunu,

Dalğalanır Bayraq kimi o yumruq

 

O yumruq – gücü dağ, Azərbaycandır!

O yumruq – Qarabağ Azərbaycandır!

O yumruq – hər bir çağ Azərbaycandır!

Dalğalanır Bayraq kimi o yumruq!

 

O yumruğa Allah qüvvət, boy verir,

Bakı, Təbriz, Kərkük, Dərbənd hay verir,

Soydaşlarım 60 milyon oy verir,

Dalğalanır Bayraq kimi o yumruq!

 

Böl­mə­də­ki ya­zı­lar­da xal­qı­mı­zın tor­paq­la­rı­mı­zın iş­ğal­dan azad edil­mə­si uğ­run­da mü­ba­ri­zə­sin­dən, Şan­lı Zə­fə­ri­miz­dən, Oğuz igid­lə­ri­nin Bi­rin­ci və İkin­ci Qa­ra­bağ mü­ha­ri­bə­sin­də gös­tər­dik­lə­ri qəh­rə­man­lıq­dan if­ti­xar­la bəhs olu­nur. Bi­rin­ci Qa­ra­bağ sa­va­şın­da Oğu­zun ilk şə­hi­di Ar­zu Ya­qub oğ­lu Əli­yev, Oğuz Şə­hid­lər Xi­ya­ba­nın­da qa­zıl­mış ilk mə­zar­da uyu­yan şə­hid Ta­le Bəy­nul­la oğ­lu Ba­ba­yev, Qa­ra­bağ sa­va­şın­da Xaç­maz kən­di­nin ilk şə­hi­di Vü­qar Ra­uf oğ­lu İb­ra­hi­mov, Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı Ko­roğ­lu İs­ma­yıl oğ­lu Rəhimov, Və­tən Mü­ha­ri­bə­si Qəh­rə­ma­nı Na­il Nə­ri­man oğ­lu İbrahimli haq­qın­da, bir sıra digər şəhidlər və qazilər barədə ya­zı­ları, Oğuz Şə­hid­lər Xi­ya­ba­nın­da ba­rel­yef­lə­ri olan 110 şə­hi­din şə­kil­lə­ri və ha­mı­sı haq­qın­da müfəssəl mə­lu­matları kitabdan qürurla oxuyuruq.

Oğuzun bir sıra yaxın dostlarının rayon haqqında ürək sözlərinə isə dördüncü bölmədə yer verilmişdir. So­nun­cu böl­mə­də  isə ra­yon­la bağ­lı bir sı­ra ya­zı­la­r, ra­yo­na həsr edil­miş bir neçə önəmli  ki­tab­ və on­la­rın təq­di­mat­la­rı haq­qın­da mə­qa­lə­lə­r yer al­mış­dır.

Ki­ta­bın mü­əl­li­fi Azər­bay­can Ya­zı­çı­lar Birliyinin və Jur­na­list­lər Bir­liyi­nin üz­vü, “Qı­zıl qə­ləm” mü­ka­fa­tı lau­rea­tı, Pre­zi­dent tə­qa­üd­çü­sü Na­zim Hü­seyn­li­ haqqında isə çox yaza bilərəm. Onun 1975-ci il­də Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­ni bi­ti­rdikdən sonra ra­yon qə­ze­ti re­dak­si­ya­sın­da müx­bir ki­mi fəa­liy­yə­tə baş­la­masından, daha son­ra şö­bə mü­di­ri, re­dak­tor müa­vi­ni olmasından tutmuş 25 ildir ki, ra­yon qə­ze­ti­nin re­dak­to­ru  və ha­zır­da “Oğuz xə­bər­lə­ri” qə­ze­ti­nin re­dak­to­ru­ kimi fədakar əməyi barədə. Nazim Hü­seyn­li 2009-cu il­də Uşaq ili və BMT-nin Uşaq Hü­quq­la­rı Kon­ven­si­ya­sı­nın 20 il­li­yi mü­na­si­bə­ti­lə Azər­bay­can jur­na­list­lə­ri ara­sın­da ke­çi­ri­lən “Uşaq hü­quq­la­rı ha­mı üçün” möv­zu­sun­da jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­sin­də I ye­rə la­yiq gö­rül­müş­dür. O, 2022-ci il­də Azər­bay­can jur­na­list­lə­ri ara­sın­da elan olu­nan fər­di ya­zı mü­sa­bi­qə­sin­də “Zə­fər­lə­ri­mi­zin mü­əl­li­fi: xalq – döv­lət – or­du bir­li­yi – “Də­mir yum­ruq” ya­zı­sı ilə mü­ka­fat­çı­lar sı­ra­sı­na çıx­mış­dır. Həmin il Tür­ki­yə­nin Ada­na şə­hə­rin­də Çu­ku­ro­va Ədə­biy­yat­çı­lar Dər­nə­yi­nin dü­zən­lə­di­yi VII Ulus­la­ra­ra­sı Türk Dün­ya­sı Şe­ir və Mu­si­qi Fes­ti­va­lı adı­na tə­sis edil­miş ATA­TÜRK Me­da­lı ilə, 2026-cı ilin may ayında isə Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyi tərəfindən təsis edilmiş “Türk Xalqları Birliyi” medalı ilə təl­­tif olunmuşdur.  Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cənab İl­ham Əli­ye­vin 21 iyul 2025-ci il ta­rix­li “Me­dia nü­ma­yən­də­lə­ri­nin təl­tif edil­mə­si haq­qın­da” Sə­rən­ca­mı­na əsa­sən mil­li mət­bua­tın in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə “Tə­rəq­qi” me­da­lı­na la­yiq gö­rül­müş­dür. Cənab Pre­zi­den­tin Fər­ma­nı ilə təs­is edil­miş “Azər­bay­can Mil­li Mət­bua­tı­nın 150 il­li­yi (1875 – 2025)” – Hə­sən bəy Zər­da­bi yu­bi­ley me­da­lı ilə təl­tif edil­miş­dir.

Təqdirəlayiqdir ki, Nazim Hüseynli şe­ir və he­ka­yə­lər­dən iba­rət ki­tab­la­rla yanaşı  Oğuz ra­yo­nu­ ilə bağ­lı mə­lu­mat­la­rın, onun ta­nın­mış in­san­la­rınin, şə­hid­lə­rinin haq­qın­da ya­zı­la­rın əks olun­du­ğu  bir sı­ra ki­tab­la­rın da müəllifidir . Onun “Oğuz­dur elim mə­nim”, “Yur­dum, tor­pa­ğım, əzəl ün­va­nım – Oğuz”, “Qə­dim Oğuz yur­du – Xaç­maz kən­di” , “Tor­paq uğ­run­da şə­hid var­sa Və­tən­dir”, “Oğuz­lu hə­kim­lər – sağlam­lı­ğın sa­yıq ke­şik­çi­lə­ri” və başqa kitablarında ürəkdən bağlı olduğu Oğuz rayonu, onun müxtəlif sahələrində fəaliyyət göstərən, bu elin adını uca tutan insanlar haqqında ətraflı məlumatlar, maraqlı oçerk və məqalələr də verilmişdir. Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr olunmuş “Oğuz rayonu və tanınmış insanları” kitabı təkcə müəllifin çoxillik axtarışlarının nəticələrini  ümumiləşdirmir, həm də onu geniş oxucu kütləsinə təqdim edir. İnamla demək olar ki, uzun illərin zəhmə- tinin bəhrəsi olan  bu kitab  Oğuz üçün bu ilin ən uğurlu və önəmli təqdimatıdır.Ki­ta­bın ki­tab­xa­na­la­ra verilməsi, ra­yo­na gə­lən qo­naq­la­ra, ra­yo­nun keç­mi­şi və bu gü­nü ilə  ma­raq­la­nan insanlara, tu­rist­lə­rə çatdırılmasınin nəzərdə tutulması Oğuz haqqında məlumat bazasının artmasına yeni təkan verəcəkdir.

“Elm və təhsil” nəşriyyatında 100 nüsxə tirajla nəfis şəkildə çap olunmuş 444 səhifəlik bu kitab Oğuz rayonunun keçmişi və bu günü, keçdiyi tarixi yol, bu elin tanınmış insanları haqqında məlumatlar əldə etmək istəyən hər kəs üçün dəyərli mənbədir.

Oğuza, onun sakinlənrinə, müəllifə yeni-yeni uğurlar arzusu ilə:

Bəxtiyar Əsgərov,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru

 

Əvvəlki Yazı

İran İnqilabı Keşikçiləri Korpusunun nəşri: İran təhdidlərin kölgəsində heç bir razılaşmaya getməyəcək

Növbəti Yazı

Ukrayna Silahlı Qüvvələrinin hücumu Tatarıstanda mülki obyektdə yanğına səbəb olub

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
106
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
86
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.