26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

İyul 6, 2026
Siyasət
A A

“Amerika analitiklərinin Rusiyanın qələbəsi barədə danışmaları bir növ Donald Trampın Putinə siyasi borc qaytarması kimi qiymətləndirilə bilər; Rusiya xarici işlər nazirinin müavini Qaluzinin TRIPP barədə bəyanatı isə özündə hərbi müdaxiləni ehtiva edən diplomatik təhdiddir”.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Poitoloq Qərb mütəxəssislərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü tezislərin arxasındakı real siyasi maraqları və Moskva daxilindəki kritik parçalanmaları diqqətə çatdırıb:

“Ukraynanın son dövrlərdə Rusiya üzərində açıq-aşkar hərbi üstünlüyünə baxmayaraq, aparıcı ABŞ analitikləri, xüsusən də ənənəvi mövqeyi ilə seçilən Con Mirşaymer, Duqlas Makqreqor, Ceffri Saks, Skott Ritter, Larri Conson, Lourens Uilkerson və sair analitiklər Rusiyanın bu müharibədən qalib çıxacağını iddia edir və bu fikirlər bir növ informasiya təbliğatı kimi də istifadə olunur.

Hazırda Ukraynanın Rusiyanı yanacaq və enerji böhranına salması, Krımın faktiki olaraq Rusiyadan təcridi və əhali köçü, Rusiyanın daxilində narazılıqların artması, xüsusilə Şimali Qafqazda və digər qeyri-rus regionlarda əhalinin narazılığının güclənməsi, Prezident Putinin ritorikasının dəyişməsi müharibənin nəticələrinin Moskva üçün kritik olduğunu göstərir. Hətta Belarus Prezidenti Lukaşenko Ukrayna Prezidenti Zelenskinin ultimatumuna tabe olaraq Rusiyaya texniki yardımını dayandırıb”.

Analitikin sözlərinə görə, artıq nəinki hərbçilər arasında artan narazılıq, ictimaiyyətdə də Putin hakimiyyətinə qarşı, kiçik də olsa, etirazlar başlayıb:

“Paytaxt Moskva, Sankt-Peterburq, Belqorod, Sibir regionunda narazılıqlarla bağlı xəbərlər var. Belə bir məqamda bütün bu proseslərə baxmayaraq, Amerika analitiklərinin, xüsusən də son günlər Donald Trampa yaxınlığı ilə seçilən bəzi analitiklərin Rusiyanın qələbəsi barədə danışmaları bir növ Donald Trampın Putinə siyasi borc qaytarması kimi qiymətləndirilə bilər. Belə ki, ABŞ-ın İranla memorandumun imzalanmasında Pakistanla yanaşı, Rusiyanın, Putinin İrana təsiri ilə Tramp administrasiyası müharibədən çıxmağa imkan əldə edib. Hərçənd, G7 görüşündən sonra Tramp Rusiya–Ukrayna müharibəsi məsələsində Avropa ölkələri ilə eyni mövqe sərgiləyərək Ukraynaya yardımın davam etdirilməsini dəstəkləsə də, Vaşinqtonun dəstəyi müşahidəçi mövqeyi ilə əvəzlənir”.

Şərhçi qeyd edib ki, Avropa da artıq ABŞ-nnin NATO öhdəliklərini ciddi qəbul etmir:

“Baxmayaraq ki, Almaniya, Böyük Britaniya, Fransa, Italiya və digərləri Avropanın müstəqil təhlükəsizlik blokunu yaratmağa çalışır, ancaq Türkiyə ilə də hərbi birliyə maraq göstərirlər. Rusiya üçün geri sayım özünü önə çıxarır. Moskva MDB, Aİİ ölkələrindən benzin idxalına belə nail ola bilməyib. Ancaq Hindistandan benzin idxalı barədə razılaşmanın əldə olunduğu deyilir. Bütün bunlar onu göstərir ki, Rusiya tarixi səhnəni tədricən tərk edir. Rusiya hərbi baxımdan hələ də böyük gücə malik olsa da, son dövrlərdə Ukraynanın apardığı hərbi əməliyyatlar və müharibənin faktiki olaraq Rusiya ərazisinə daşınması Putin hakimiyyəti üçün ciddi təhlükələr yaradıb”.

MCP rəsmisi Cənubi Qafqaz üzərində qurulan beynəlxalq logistik xətlərin gələcəyini, Ermənistanın təhlükəsizlik reallıqlarını və Rusiyanın regiona yönəlik hərbi-diplomatik təhdidlərini təhlil edib:

“Düşünürəm ki, əgər Ukrayna indiki hərbi üstünlüyünü qoruyub saxlaya bilsə, yaxın gələcəkdə təkcə Putin hakimiyyətinə qarşı təhlükə deyil, hətta Rusiyanın parçalanması məsələsi də perspektivdə gündəmə gələ bilər. Yox, əgər Rusiya Ukraynada ən azı status-kvo əldə edərsə, Rusiyanın yeni hədəflərindən birinin Cənubi Qafqaz olacağı ehtimalı çox yüksəkdir. Zənnimcə isə Rusiya üçün ən önəmli strateji istiqamət məhz Cənubi Qafqazdır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Zəngəzur dəhlizi – TRIPP barədə Rusiyanın iştirakı olmadan layihənin həyata keçirilməsinin ciddi geosiyasi problemlər yaradacağını deyib. Bu isə özündə hərbi müdaxiləni ehtiva edən diplomatik təhdiddir”.

Başqan müavini bildirib ki, nəzəri baxımdan Rusiyanın TRIPP layihəsinə qoşulması mümkündür:

“Ancaq TRIPP Qərbin, xüsusən də ABŞ-ın siyasi-logistik layihəsidir və Çin amili Vaşinqton üçün əsas şərtlərdəndir. Rusiyanın Ukrayna müharibəsi onu Qərb layihəsinə buraxılmasını mümkünsüz edir. Rusiyanın iştirakı yalnız strateji nəzarət və idarəçilikdən kənarda, iqtisadi formatda mümkün ola bilər. Əgər TRIPP Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən marşrutu nəzərdə tutursa, Azərbaycan və Türkiyənin razılığı da mütləqdir. Əslində də Ermənistanın Rusiyadan tam uzaqlaşma ehtimalı da zəifdir. Bu da faktdır ki, Avropa Ermənistana heç bir təhlükəsizlik zəmanəti verə bilməz və çox güman ki, Ermənistanın mövcudluğu və təhlükəsizlik zəmanəti Türkiyədən asılı reallığa doğrudur.

Ancaq Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələrə və Polşaya blokun reaksiya ehtimalına görə hərbi müdaxiləsi o qədər də inandırıcı deyil”.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

Növbəti Yazı

Krımda Elektirik Kütləvi Kəsildi

XƏBƏR LENTİ

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
20
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
55
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
16
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
18
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
20
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
8
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
42
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
4
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
16
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
88
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
12
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.