Aprelin 15-də axşam saatlarında Abşeron rayon Xırdalan şəhər, 265 ünvanında adam oğurluğuna təşəbbüs halı qeydə alınıb. Belə ki, bina sakini Yusifova Gülbacı Hüseynova Humay İsrafil qızı tərəfindən təhdid və təzyiqə məruz qalıb.
Avropa.info xəbər verir ki, təhdidə məruz qalan Gülbacı Yusifovanın ELAZ.İNFO-ya verdiyi məlumata görə Humay İsrafil qızı nə qədər təkid etsə də, onu maşına oturda bilməyib. Onun səsinə, harayına qonşular gəlib.
Məlumat üçün bildirək ki, Humay Hüseynova Viləşçay MTK-nın sabiq sədri İsrafil Hüseynovun qızıdır. Məhkəmə qərarları ilə binanın idarəçiliyindən uzaqlaşdırılan keçmiş komendant Ülviyyə Hüseynovanın böyük bacısıdır. Ata və bacılar birgə şəkildə fəaliyyət göstərərək, haqqını tələb edən bina sakinlərinə qarşı təhqir, şantaj və təzyiq göstərirlər. Humay Hüseynovanın bu əməli bacısının komendant olaraq qalması üçüm verdiyi dəstəkdir.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl yenə həmin binanın sakini Elçin Hüseynova da İsrafil Hüseynovun oğlu Zaur Hüseynov yanında adam toplayaraq fiziki şiddət göstərmişdi.
Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng olunub. Hadisə yerinə gələn Abşeron rayon Xırdalan şəhər Polis İdarəsinin əməkdaşları Humay Hüseynovanı törətdiyi əmələ görə sorğuya götürüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
P.S. Hadisə ilə bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.



























