09 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Qadın işəgötürənlərdən QLOBAL TƏŞƏBBÜS: Türk dövlətlərini də əhatə edəcək – FOTO

Aprel 16, 2026
Gündəm, Manşet
A A

Türkiyədə fəaliyyət göstərən Qadın Ticarət İşəgötürənlər Həmkarlar İttifaqı (Kadın-TİS) qadın sahibkarların beynəlxalq səviyyədə birləşdirilməsi istiqamətində mühüm addımlar atır.

Avropa.info xəbər verir ki, İttifaqın sədr müavini Songül Uzun bu barədə ERAmedia-ya özəl açıqlamasında bildirib.

Songül Uzun qeyd edib ki, Kadın-TİS Türkiyə Cümhuriyyəti Əmək və Sosial Təhlükəsizlik Nazirliyinə bağlı olaraq yaradılıb və bu status quruma əlavə güc verir. Onun sözlərinə görə, 11 yanvar 2025-ci ildə təsis olunan ittifaqın əsas məqsədi qadın sahibkarların və işəgötürənlərin hüquqlarını qorumaq, iş həyatında bərabər imkanlar yaratmaq və qadınların iqtisadi gücünü artırmaqdır.

“Qadın Ticarət İşəgötürənləri Həmkarlar İttifaqının sədri Esra Oksay xanımdır.

Mən isə sədr müavini olmaqla yanaşı, eyni zamanda beynəlxalq ticarət sahəsində işəgötürən qadınların bir araya gətirilməsi və onların bu sahədə nələr edə biləcəklərinin inkişaf etdirilməsi məsuliyyətini üzərimə götürmüşəm.

Bu məsuliyyət çərçivəsində, dünyanın harasında olursa-olsun, iş qadınları bir araya gəldiyi zaman bundan sonrakı strategiya olaraq nələr edə biləcəyimizi müəyyənləşdiririk. Bir araya gəldikdə yalnız bir-birimizə dəstək verməklə kifayətlənmir, həm də qadın sahibkarlara necə daha güclü dəstək verə biləcəyimizi və onların hüquqlarını necə daha effektiv şəkildə qoruya biləcəyimizi düşünürük”, – deyə o əlavə edib.

Sədr müavini vurğulayıb ki, Kadın-TİS yalnız Türkiyə ilə məhdudlaşmayan geniş vizyona malikdir. “Biz Türk Dünyasında qadın işəgötürənləri bir araya gətirən vahid platforma yaratmaq istəyirik. Azərbaycandakı bir tekstil istehsalçısı, Qazaxıstandakı proqramçı və ya Quzey Kıbrısda xidmət sektorunda çalışan qadın sahibkar eyni problemlərlə üzləşir. Məqsədimiz bu qadınları bir şəbəkədə birləşdirməkdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, təşkilat Türk Dünyası üzrə rəqəmsal və ticarət əlaqələrini gücləndirəcək yeni model üzərində çalışır. “Hədəfimiz Bakıdan çıxan məhsulun Nyu-Yorka, İstanbuldan çıxan məhsulun isə Almatıya ən sərfəli və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək logistika və ticarət dəhlizi yaratmaqdır”, – deyə Uzun qeyd edib.

Songül Uzun əlavə edib ki, qadın işəgötürənlər texnologiyanın yalnız istifadəçisi deyil, həm də istehsalçısı olmalıdır:

“Rəqəmsal transformasiyada aktiv rol almalıyıq. Bununla yanaşı, Türk Dünyası üzrə ortaq zəmanət fondu və investisiya şəbəkəsi yaradaraq qadın sahibkarların maliyyə təhlükəsizliyini təmin etməyi planlaşdırırıq”.

O bildirib ki, Kadın-TİS gələcəkdə beynəlxalq federasiya formatında fəaliyyət göstərməyi hədəfləyir və artıq bir sıra ölkələrlə əlaqələr qurulur.

Sədr müavini Azərbaycanın xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. “Azərbaycanda qadın işəgötürənlərlə görüşlər keçirmişik və burada nümayəndəliyin yaradılması istiqamətində müzakirələr aparmışıq. Yaxın zamanda rəsmi səfər həyata keçirməyi planlaşdırırıq”, – deyə o bildirib.

Songül Uzun qeyd edib ki, növbəti mərhələdə Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Quzey Kıbrıs Türk Cümhuriyyətində də qadın sahibkarlarla əməkdaşlıq genişləndiriləcək.

Sonda o vurğulayıb ki, əsas məqsəd yalnız nümayəndəliklər açmaq deyil, Türk Dünyasında qadın sahibkarlar arasında real əməkdaşlıq və qarşılıqlı dəstək mexanizmləri yaratmaqdır.

Avropa.info



Əvvəlki Yazı

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

Növbəti Yazı

Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Gülzar İbrahimova ilə Görüş-Fotolar

XƏBƏR LENTİ

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
0
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
12
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
14
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
72
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
70
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

09 Sentyabr 2026 / 8:25
22
Merkel: Ürəyim qan agladi

Merkel: Ürəyim qan agladi

09 Sentyabr 2026 / 8:02
15
SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

09 Sentyabr 2026 / 7:48
14
Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

09 Sentyabr 2026 / 7:24
16
İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

09 Sentyabr 2026 / 7:13
19
ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

09 Sentyabr 2026 / 7:07
25
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

09 Sentyabr 2026 / 6:50
54
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

09 Sentyabr 2026 / 1:53
13
Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

09 Sentyabr 2026 / 1:29
107
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ-ın hücumlarından sonra İran sərt xəbərdarlıq etdi: “Gəmiləri dərhal tərk edin!”

09 Sentyabr 2026 / 0:50
7
Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

09 Sentyabr 2026 / 0:28
5
İrandan ABŞ-a: Ciddisiniz?

İrandan ABŞ-a: Ciddisiniz?

09 Sentyabr 2026 / 0:20
6
Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

08 Sentyabr 2026 / 23:53
1
Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

08 Sentyabr 2026 / 23:45
8
İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

08 Sentyabr 2026 / 22:48
16
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Qərbin 1991-ci il sərhədlərini Ukraynaya qaytarmaq üçün “qəddar” istəyini açıqladı

08 Sentyabr 2026 / 22:32
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.