02 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

Dekabr 15, 2025
Araşdırma, Manşet
A A

 

Azərbaycanımın dəyərli oxucuları!
“Öncə Vətən” layihəsi ilə yenidən sizinləyəm.
Nəzərinizə çatdırım ki, bu layihə Türkiyə mətbuatında Azərbaycan ŞƏHİDLƏRİNİN tanıdılması ilə başladı və Azərbaycan mətbuatında Türkiyənin ŞƏHİD övladlarının həyat hekayələrini sizə təqdim etməklə davam edir.

Bu, mənim sizinlə “Öncə Vətən” layihəsində dördüncü görüşümdür.

ŞƏHİD– şəkillərdən boylanan baxışları, dodaqlarındakı təbəssümü ilə unudulmayan bir igid.
ŞƏHİD– səssizliyi qəhrəmanlıq dolu, sükutu ucalığın mücəssəməsi…
ŞƏHİD-varlığı zamanla unudulmayan, könüllərdə əbədi yaşayan, arzuları gerçəkləşməyən, həyat hekayəsi yarımçıq qalan gənc.
ŞƏHİD-özü Vətən torpağında məkan qurub, ruhu isə toy otağında dolaşan bəy.
ŞƏHİD- hər xatirəsi ürəklərdə bir işıq, hər sözü yaddaşlarda silinməz bir iz…

Bir ŞƏHİD torpağa tapşırılanda, bütöv bir millətin çiyinlərinə daha böyük bir məsuliyyət düşür; çünki onların bizə əmanət buraxdığı Vətən olur.
Hər dəfə ŞƏHİDLƏR haqqında məqalə yazanda bunu yenidən anlayıram, onları yanımda hiss edərək.
Hər ŞƏHİD mənim üçün yaxın dostuma, sirdaşıma çevrilir, sanki kompüter qarşısında yazdıqlarımı qulağıma pıçıldayır.

Bu, oxucuya qəribə görünə bilər. Amma bu bir həqiqətdir, ŞƏHİDİN varlığını duymadan onun haqqında ürəkdən gələn bir kəlmə belə yazmaq mümkün deyil.

Bu mövzu tamamilə fərqlidir. Bu mövzunun içində ən öndə Vətən dayanır, ardınca sevgi, eşq, sədaqət, vəfa, vicdan, cəsarət, musiqi, şeir, dastan, hekayə və daha nələr, nələr gəlir.

Hər bir ŞƏHİD ömrü- gözəlliklərdən, çətinliklərdən, acılardan, qovuşmayan eşqlərdən, yarım qalan sevdalardan ibarətdir.

Və elə buna görə onların hekayəsini yazmaq, sadəcə bir məqalə deyil – bir ömrü diriltmək, bir nəfəsi yenidən hissetməkdir.

Onların həyatından yazmaq, bir insan taleyini deyil -bir millətin yaddaşını qorumaq deməkdir…

Sabaha yaxın idi. Süleyman yenə öz otağında, pəncərənin önündə oturub ətrafı seyr edirdi.
Ata-anası və bacıları da onunla bərabər həmin otaqda idilər. Amma onlar Süleymanın da orada olduğundan xəbərsiz idilər.

Hər kəsin baxışlarında nisgil, dodaqlarında “Süleymanım” kəlməsi yuva qurmuşdu.
Bu otaq onun bəy otağı olacaqdı. Evlənəcəyi xanımla bərabər evin əşyalarını seçmişdilər.
Əfsuslar olsun ki, bu otağa bəy-gəlin kimi daxil olmaq onlara nəsib olmadı.

Bu otaq Süleymanın ŞƏHİD otağı oldu. Dolablarda onun hərbi formaları, ayaqqabıları, istifadə etdiyi hərbi əşyalar yer aldı…

ŞƏHİD görür, ŞƏHİD eşidir, ŞƏHİD hiss edir.

Onun daha bir özəlliyi – narahat qaldığı hər hansı hadisədən əvvəl ailəsini, sevdiklərini yuxularda xəbərdar etməsidir. Və yaxud doymadığı, çox sevdiyi hər hansı bir şey haqqında yenə yuxulara gələrək onu anlatmasıdır.

Süleyman da bu n gün yenə oradaydı -doymadığı bəy otağında, ailəsi ilə birlikdə.
Baxışları uzaqlara zilləndi… Müsahibəyə getdiyi o günə…

Ankara…
Gənc bir oğlan imtahan otağında dayanıb. Qarşısında Xüsusi Təyinatlıların təcrübəli komandirləri. Onlardan biri soruşur:
– Bura gəlməkdə məqsədin nədir?

Gənc qəti və sakit səslə cavab verir:
– Ömər Halis olmaq istəyirəm.

O an bu cümlə onun həyat yoluna mayak olur. Bu cavab onun həyatını dəyişir, mülki geyimini əsgər forması ilə əvəz edir.
Onun üçün Vətən sevgisi bir başqaydı, sadəcə söz deyildi. O, bu sevginin rəngini gözlərində, qoxusunu əsən küləklərdə hiss edirdi.

Qeyd dəftərçəsinə sevincini belə qeyd etmişdi:

“Xüsusi Təyinatlılardan çağırdılar. Nə edəcəyimi bilmədim, həyacanlandım.”

Elə bu sevginin sehrinə düşərək son nəfəsini də Vətən torpağına ərməğan etdi…

Süleyman 1996-cı il yanvarın 5-də doğulub. Şəxsiyyət vəsiqəsində isə səhvən 10 sentyabr yazılıb.
Özü həmişə 5 yanvar deyərdi. Çox gülərüzlü idi, həmişə gülümsəyərdi. Həyat dolu bir gənc idi.
Dostları və çevrəsindəki insanlar onu çox sevirdilər. Zarafatcıl idi. Qəlb qırmağı heç sevməz, köməyə ehtiyacı olan kimsəyə “yox” deməzdi. Süleyman çox nəzakətli idi, heç kimi incitməzdi. Qeybəti sevməz, “qeybət etməyin, günaha girməyin” deyərdi.

2020-ci ilin noyabrında məzuniyyətə çıxıb gələcəkdi, toyunu edəcəkdi. Qismət olmadı…
Evini almışdı. O xidmətdə ikən evin əşyaları da gəlmişdi. Amma xəyalını qurduğu yuvasına indi yalnız ruhu qonaq gəlir.

Doğulduğu kəndin əhalisi torpağa bağlı, zəhmətkeş insanlardır. Rəncbərlik, tütünçülük, əkin-biçin onların əsas qazanc yeridir.

Süleyman da alın təri ilə qazanılan çörəyə sahib bir ailənin övladı idi.
Kasıb olsalar da, valideynləri övladlarına heç vaxt çətinlik çəkdirməmişdilər.

Ailədə altı uşaq idilər: dörd qız, iki oğlan. Böyük qardaşı əqli qüsurlu idi. Yeməyini də anası yedirirdi. Uşaqların ən kiçiyi olan Süleyman həmişə anasına deyirdi: “Tunahanı üşütməyin.”
Süleyman ŞƏHİD olandan sonra günün birində Tunahan “Süleyman, Süleyman!” deyə qışqırır.
Anası deyir ki, bilmirəm Süleyman onun yanına gəldi, yoxsa gözünə göründü, amma sanki o an nəsə hiss etdi…

O anı Süleyman yaxşı xatırlayırdı, çünki Tunahanın yanına gəlmişdi. Son dəfə qardaşının onu görə biləcəyi şəkildə…

Valideynlərinin onları necə çətinliklə böyütdükləri Süleyman üçün unudulmaz anlardır.
Anası yemədi, onları yedirdi, içmədi, onları içirdi.
Təmizlik işlərinə gedirdi- uşaqlar oxusunlar, təhsil alsınlar deyə. Süleyman anasının çox yorulduğuna dözə bilmirdi. Buna görə də tez-tez ona: “Ana, bu işə getmə, çox yorma özünü” -deyirdi.
Anası isə onu dinləmirdi, uşaqlarına yoxluq hiss etdirmək istəmirdi.

Süleyman anasına heç vaxt “anne” deməzdi, həmişə “ana” deyərdi. Elə də gözəl tələffüz edirdi ki, bu kəlməni…
Anasına və dostlarına həmişə belə deyirdi:
“Xüsusi Təyinatlılarda açdım gözümü, Xüsusi Təyinatlılarda da gözlərimi bağlayacağam.”

Arzusuna çatdı -Xüsusi Təyinatlılarda gözlərini yumdu, amma ruhuyla hər zaman, başda Vətən olmaqla, sevdiklərinin yanından ayrılmadı.
Vətən acı çəkirsə, o da həmin acını hiss edir; sevdikləri sevinirsə, o da sevinir; qəmlənirlərsə, o da qəmlənir.

Atası Arslan kişi bu kənddə doğulub, böyüyüb. Kənd həyatını çox sevdiyi üçün bu torpaqdan kənara çıxmağı heç vaxt düşünməyib.
Övladlarını halal zəhmətlə böyüdüb. Süleyman isə ata-anasına bağlı bir övlad idi.

Beş yaşı vardı, atası ona kiçik velosiped almışdı. O gün Süleyman necə sevinmişdi, bir bilsəniz…
Valideynləri onun bir sözünü iki etməmişdilər. Bir az böyüdükdən sonra atası ona motosiklet almışdı.
Bəzən atasına: “Arslan ağa, mən sənin yanında yata bilərəmmi?”- deyərdi. Atası da: “Gəl, oğlum, gəl yanımda yat”- deyə cavab verərdi.

Şəhadətinin on beşinci günü idi. Atasının yuxusuna gələrək ona: “Ata, mənə görə narahat olma, mən çox yaxşıyam”-dedi.
Arslan kişi hər səhər məzarlığa gedir, onun üçün dualar edir, Yasin oxuyur. Təsəllisini belə tapır. Bircə gün ora gedə bilməsə, həmin gün özünü çox narahat hiss edir.
Arada 4–5 günlük Ankaraya getmişdi. Süleymanı ziyarət edə bilmədiyi o günlər ata üçün sanki cəhənnəm əzabına dönmüşdü.

Anasına tez-tez “Mən ŞƏHİD olacağam” deyərdi. Arifə ana hər dəfə bu sözü eşidəndə ağlayar, belə danışmaması üçün ona yalvarardı:

“Canımın içi, boyuna qurban olduğum, belə demə, nə olar…”
O isə ilıq təbəssümlə gülümsəyərdi. Hətta bir dəfə nişanlısı ilə maşınla gəzərkən ona da:
“Bilirsənmi, mən ŞƏHİD olacağam”- demişdi.

Toyunu etməyə tələsirdi. İndi nişanlısı ilə xəyalını qurduğu bu otaqda  anasına dediyi o sözləri xatırlayır:
“Ana, icazə alıb gələcəyəm, yubatmadan toyumu edərik.”

Deyirlər, sən saydığını say, gör fələk nə sayır…
Toy etməyə gələ bilmədi. Bu otağa bəy kostyumunda, sevdiyi xanımı ilə qoşa girə bilmədi.
Çünki hər tərəfi Cənnət çiçəkləri ilə bəzənmiş yeni evi olan əbədi dünyaya köçdü.
O dünyada bəzəndi mənzili… Hər tərəf Cənnət çiçəkləri ilə bərq vurdu.

Şəhadətindən üç gün əvvəl dostuna:
“Burada vəziyyət çətindir, çox əməliyyatlara gedirik. Sağ qalacağımızı sanmıram,”- demişdi.

Düşüncəsi onu yanıltmayacaqdı. Bölgədəki gərgin döyüşlər, zabit və əsgər dostlarının şəhadəti idi onu belə düşünməyə məcbur edən.

Bir dəfə anasının yuxusuna gələrək:
“Ana, məni evləndirirlər, amma mən Məryəmlə evlənəcəyəm”- dedi.
Sözünü bitirər-bitirməz ağlamağa başladı…
Ağladı…

Anası ona: “Yaxşı, oğlum, sakitləş. Mən Məryəmi alacağam sənə.”

Anası evdəkilərə onunla bağlı yuxusunu danışırdı, Süleyman isə sanki bundan xəbərsizmiş kimi dinləyir, baxışları uzaqlara dikilirdi.

“Bir dəfə xəstələnmişdim. Bir neçə gün Süleymanımın otağına girə bilməmişdim. Gecə yuxuma gəldi. Dolaba söykənmişdi. Mənə dedi ki: “Ana, bugün yanıma gəlməmisən.”
Yuxudan oyanıb qaçaraq bura gəldim, amma o yox idi…”

Anası oğlunu görməsə də, oğlu onu hər gün görür.
Süleyman evdə olduğu vaxtlar anasının hər səhər onun otağına gəlib salam verdiyi anları unutmur.
İndi isə anası onun xatirələri ilə bəzənmiş otağına gəlib salamlaşır…

Anasını aldatdığı vaxtları da yaxşı yadındadır. Nə zaman Arifə ana ona zəng edib “Oğlum, hardasan?” deyə soruşsaydı, Süleymanın cavabı belə olardı:
“Şırnakdayam, anam. Narahat olma, əməliyyatda deyiləm.”
Bu, anası üzülməsin deyə söylədiyi şirin bir yalan idi.

Bu şirin yalanlar onun iştirakçısı olduğu döyüş əməliyyatlarının qızgın vaxtlarında söylənilirdi.

Bacıları Əminə, Xədicə, Səhər, Sündüs, qardaşı Tunahan bu gün onun otağına yığışıblar. Tunahan danışılan söhbətlərdə yalnız Süleymanın adını eşitdikdə reaksıya verir, qardaşını sevinclə alqışlayır.

Süleyman onun bu hərəkətlərini gördükcə qəmlənir, çox sevdiyi qardaşının bu acı durumuna heyfslənir.

Bu  gün bacılarıyla birlikdə dayısı da onlardadır- çox sevdiyi Mustafa dayısı.
Süleyman dayısının onunla bağlı nə danışacağını gözləyirdi…

-Əzizlərim, Süleymansız mənim üçün heç nəyin ləzzəti yoxdur. Ailənin kiçik rəisi idi igidim. Ailəyə həmişə dəstək olurdu, bilirsiniz.
Hər həftə Ankaradan Vəzirkörpüyə gəlməyini heç unuda bilmirəm. Birdən baxardım ki, canlı yayın açıb.
“Oğlum, hara gedirsən yenə?”- soruşduğumda, “Dayı, kəndə gedirəm,”- deyə cavab verirdi.
Mən də “Bizi niyə götürmədin ki?”-deyə küskün vəziyyət alırdım.
Həmin dəqiqə ürəyimi almağa çalışar, “Dayı can, inşallah, növbəti dəfə birlikdə gedərik,”- deyirdi.

Dayısı Ankarada fəaliyyət göstərən “Paytaxt Samsunlular Dərnəyi”nin rəhbəri idi.
Bir gün dayısına zəng edib onlara gedəcəyini söylədi.
Dayısı ona axşam dərnəyin fəaliyyəti çərçivəsində ehtiyacı olan ailələrə yardım paylayacaqlarını bildirdi və üzərinə: “Mənə yardımcı olacaqsansa, gəl”- dedi.
Süleyman heç düşünmədən: “Dayı, elə iş olarmı ki, mən yardım etməyim? Əlbəttə ki, kömək edərəm”- deyə cavab verdi.

Otuza  yaxın yardım bağlaması hazırlanmışdı. Süleyman öz maşını ilə dayısıgilə qoşulub yola çıxdı.
Süleyman getdiyimiz evlərin qapısını döyər, mənə danışmağa imkan vermədən ev sahibinə:
“Salam, biz Paytaxt Samsunlular Dərnəyindən gəlmişik. Sizə verəcəklərimiz var…” -deyərdi.

Süleyman dayısının bu sözlərində təsvir etdiyi anları yaxşı xatırlayırdı. O zaman yardımları paylaşdırdıqdan sonra dərindən və rahat nəfəs almışdı.
İmkansız  ailələrin gözlərində gördüyü minnətdarlıq işartısını heç vaxt unutmurdu.

Böyük bacısı Xədicə səssizcə danışılanları dinləyir, bəzən də için-için ağlayırdı. Süleyman isə onun da söhbətə qoşulmasını, qardaşı haqqındakı xatirələrini danışmasını istəyirdi.
Bacı isə sanki danışmağa tərəddüd edirdi. Onun üçün çox ağır idi Süleyman haqqında- Süleymansız danışmaq.

Nəhayət, Süleyman bacısının səsini duydu:

-Hamınız ondan danışırsınız, Süleymanımızdan. Onun haqqında keçmiş zamanda danışmaq hamınız kimi mənə də çox ağırdır.
Mənim qardaşım keçmişdə qala bilməz. Axı o ŞƏHİDDİR…
ŞƏHİDLƏR keçmiş zamanı sevməzlər. Çünki onlar hər zaman bizimlədirlər: bizim nə etdiyimizi görür, səsimizi eşidir, bizimlə sevinir, bizimlə kədərlənirlər.

Bacılar müxtəlif şəhərlərdə yaşayırdılar. Bayramlarda, tətillərdə hamı ata ocağına toplaşardı. Hər dəfə də biri əskik olardı…

– Son dəfə bir yerdə olduğumuzda bizə “Bir gün hamınızı bu evə toplayacağam” demişdi, yadınızdadırmı?
Topladı da…

Şəhadəti günü hamımızı bir yerə topladı…
Gerçək toyunda bir araya gəldik. Al bayrağa bürünmüş tabutu ilə gəldi ata ocağına…

Hər dəfə iznə gələndə anama “Mən ŞƏHİD olacağam” deyərdi.
Hərbi vəzifəyə başlayandan iki il keçmişdi. Ana, yəqin xatırlayırsan, ŞƏHADƏTİNDƏN bir həftə əvvəl “Oğlum ixtisaslı hərbçi oldu, amma evimizin önünə bir bayraq asa bilmədim” demişdin.
Bir həftə sonra isə hər yer bayraqla doldu: evimizin önü, yollar- hər tərəf bayrağa büründü.

Son olaraq Şimali İraqda xidmət edirdi. Danışanda ordakı vəziyyətlə bağlı heç nə deməzdi. Dilindən zorla söz almağa çalışırdıq.
“Yeriniz-yurdunuz necədir, döyüş olurmu?” deyə soruşduqda sadəcə “Hər şey yaxşıdır” deyərdi.

İçimizdə qorxu hissi olsa da, heç vaxt ona nəsə olacağını ağlımıza gətirməzdik.
Ana o gün tarlada tütün yığarkən qəmlənmişdin,Tunahan üçün ağlayırdın.
Sonra da birdən “Mən niyə ağlayıram, oğlum İraqdadır axı” deyirdin.

O günü -onun şəhadət xəbərini aldığımız günü- bir an belə unuda bilmirik. Elə bir acı idi ki, içimiz yansa da, avqustun qızmar istisində əllərimiz buz kimi kəsmişdi. İnanmaq, qəbul etmək çox çətin idi. Qardaşımın nur üzünü son dəfə görsək də, bu acını, bu itkini qəbul edə bilmədik- hələ də inana bilmirik.
“ŞƏHİDLƏR ölməz” deyirlər axı. Ona görə də qəbul edə bilmirik, bayaq dediyim kimi, o hər zaman bizimlə birlikdədir.

İlk zamanlar dəfələrlə telefonu götürüb Süleymana zəng etdiyimiz vaxtlar olub.
Bəzən də “Süleymandan bir şey soruşacaqdım” deyib telefonu əlimə alıram…

Xədicə bacısı danışdıqca Süleyman da kövrəlir, göz yaşlarına zorla sahib çıxırdı.
Bir həftə idi ki, Süleymanla əlaqə saxlaya bilmirdilər.
Hər dəfə anası zəng vuranda cavab verə bilməsə, sonra özü zəng edərdi.

Həmin gün axşam Şırnakda ilahi oxudu. Ailəsi onun ilahi oxuduğunu və namaz qıldığını bilmirdi. Şəhadətindən sonra dostları onun ilahi söylədiyi videoları ailəsinə göndərdilər.

Əməliyyata getdiyi gün axşam namazını qıldı. Ertəsi gün səhər saat 10:30-da isə ŞƏHİD oldu.
Fətih surəsini oxuyub dostlarına “Bu  gün bizə heç nə olmayacaq, dua etdim” demişdi.

Həmin gün xəbər kəndə axşamüstü çatdı.
Anası tarlada həyat yoldaşı ilə birlikdə tütün toplayırdı. Atası, Arslan kişi, Arifə anaya: “Get, uşağa-Tunahana yemək hazırla” dedi.

Arifə ana evə gələndə həyətlərində əsgərləri gördü. O an ürəyindən “Süleymanıma nəsə olub” deyə keçirdi və “balam…” deyərək ağlamağa başladı.
Xanımının arxasınca tarladan çıxan Aslan kişi həyətlərində çoxlu insan gördükdə Tunahanın pəncərədən yıxıldığını zənn etdi.

Zabitlərdən biri yaxınlaşıb “Başınız sağ olsun, oğlunuz ŞƏHİD oldu” deyəndə atası dizlərinin üstünə çökdü, anası isə huşunu itirdi.

Amasyanın Merzifon hava limanında övladlarını qarşılayarkən eşitdikləri o səsi heç vaxt unuda bilmirlər.
Təyyarənin səsi hələ də qulaqlarındadır. Süleymanın tabutunu gətirirdilər və onlara “Üzünü görə bilməzsiniz” dedilər.
Amma ailə israr etdi. Qəsilxanada onun üzünü gördülər…

Sanki içəridə günəş doğmuşdu. Süleymanın üzünə nur çökmüşdü, gülümsəyirdi.

Anasının səsi titrəyir. Beş ildir o alov ürəyini yandırır. Hələ də gözləri Süleymanın yollarına dikilib, amma Süleyman gəlmir.
Əslində isə Süleyman hər gün gəlir, hər gün onları ziyarət edir -sadəcə onlar bunu görmürlər.

Hər dəfə “Ana, mən gəldim” deyər, çantasını salonun ortasına atardı.
İndi isə artıq səssiz gəlir, sakit gəlir…

Hər dəfə Merzifon hava limanına endiyində anasına zəng edərdi: “Ana, çay dəmlə, gəlirəm.”
Anası çay dəmləyər, növbənöv yemək bişirərdi. Süleyman evə girənə qədər Arifə ana bir yerdə qərar tuta bilməzdi.
Həyətdə səsini eşidən kimi oğlunu qarşılamaq üçün özünü çölə atardı.

Hər dəfə də Süleyman: “Ana, niyə məni qarşılayırsan?”-deyə soruşardı.

Eh… Həyat çox qəribədir. Süleymanın gülüşü, zarafatları ilə dolu olan evləri indi səssizliyə bürünüb.
Ana gecələri yuxusuz keçirir, onun videolarına və şəkillərinə baxa-baxa səhəri açır.
İraq dağlarına səslənir: “Süleymanımı qaytarın…”

Bütün bunları Süleyman görür, Süleyman eşidir, Süleyman hiss edir…

Tərcümeyi-hal

Süleyman Arslan oğlu Ural 10.09.1996-cı ildə (rəsmi sənədlərdə), əsl doğum tarixi üzrə isə 05.01.1996-cı ildə Samsunun Vezirköprü qəsəbəsində dünyaya göz açıb.

İbtidai və orta təhsilini Çekalan ibtidai məktəbində, orta ixtisas təhsilini isə Vezirköprü Sənaye Peşə Liseyinin “Metal İşləri” ixtisası üzrə alıb. Daha sonra Afyon Kocatepe Universitetinin İscehisar Peşə Yüksək Məktəbində “İş maşınları operatorluğu” ixtisası üzrə təhsil alaraq 2016-cı ildə məzun olub.

2018-ci ilin iyun ayında Terrorizmə Qarşı Mübarizə Təlim və Tədris Mərkəzində təhsilini başa vuraraq  İxtisaslı Piyada Çavuş rütbəsi ilə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında xidmətə başlayıb.

2020-ci il 8 avqust tarixində Şimali İraqın Avaşin bölgəsində bölücü terror təşkilatı üzvləri ilə baş verən silahlı toqquşma zamanı qəhrəmancasına ŞƏHİD olub.

Ruhu şad olsun.

Xalidə Xalid,
Araşdırmaçı yazar/Türkiyə





 

 

Əvvəlki Yazı

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Növbəti Yazı

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

XƏBƏR LENTİ

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
13
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
26
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
32
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
41
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
68
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
13
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
58
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
187
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
8
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
149
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
10
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
100
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
20
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
34
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.