Dünya

Donald Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola biləcəyini istisna etmir

31 Avqust 2025, 13:1418
Reklam728x90
Reklam320x100

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib.

Avrop.info  xəbər verir ki, o, bu barədə Yaponiyanın Nikkei qəzetinə müsahibəsində bildirib.

“Yox demirəm, amma bəli də demirəm”, – deyə Erik Tramp vurğulayıb. Onun sözlərinə görə, prezidentliyə namizədliyini heç vaxt tam olaraq istisna etməyib, lakin biznes sahəsini daha çox sevdiyini etiraf edib.

Erik Tramp hazırda kriptovalyuta sahəsində fəaliyyət göstərən World Liberty Financial şirkətinə rəhbərlik edir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600