14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Ana və Vətən – Ruhumuzun qidası

Avqust 10, 2025
Cəmiyyət
A A

Ana və Vətən – bu iki kəlmə birləşdikdə ülvi, müqəddəs bir anlayış yaranır: Ana Vətən!
Bu söz bizə nə qədər əzizdirsə, bir o qədər də doğmadır; nə qədər doğmadırsa, bir o qədər də əzizdir. Ana Vətən – öz doğmalığı və əzizliyi ilə ruhumuzun qidasıdır.

Ana torpaq bizi qoynuna alaraq səmimi ürək açıqlığı ilə yer verib, əlimizdən tutub böyüdüb. O, naz-nemətini, bar-bərəkətini, havasını, suyunu bizdən əsirgəməyib. Biz bu iki sözü – Ana və Vətəni sevirik. Hər ikisinə qəlbən, ruhən bağlıyıq. Bu bağlılıq möhkəmdir, qırılmazdır. Bu bağ polad kimi əyilməz, dağlar qədər vüqarlı, bulaq suyu kimi dupduru, saf və təmizdir. Məhz buna görə də sevgimizi birləşdirib böyük qürur və iftixarla deyirik: Ana Vətən!

Vətəni sevməmək mümkün deyil. Biz Ana Vətəni, ana torpağı qədər müqəddəs başqa heç nə ilə müqayisə etmirik. Bu torpaqda yaşadığımıza, var olduğumuza görə biz ona borcluyuq. Doğma, əziz Vətən həm də bizim anamızdır. Vətəni də, ananı da qorumalıyıq. Onları qoruduqca, onlara sevgimiz daha da artır.

Vətən sevgisi bizə mətinlik, məğrurluq, mübarizlik verir. Vətən qorunduqca vətəndir; qorunduqca daha çox sevilir. Əsrlər boyu xalqımız vətən sevgisi ilə yaşayıb, torpağını göz bəbəyi kimi qoruyub. Cəsur, qəhrəman, igid oğullar daim vətənin, torpağın, yurdun keşiyində dayanıb, düşmənə keçilməz sipər olublar. Onlar torpaq uğrunda döyüşüblər, vuruşublar, çarpışıblar. Torpaq yalnız qanla suvarıldıqda Vətən olur.

Bu müqəddəs vətənin böyük, şərəfli bir adı var: Azərbaycan!

Mənim Ana Vətənim, Ata Yurdum Azərbaycanın dilbər guşəsi olan, təbiət möcüzəsi sayılan, gözəl məkanı ilə seçilən Zəngəzurun Gorus mahalıdır.

Vətənim Gorus dəfələrlə işğallara məruz qalıb. Bunun səbəbi onun gözəlliyi, ecazkar təbii sərvətləri və əlverişli coğrafi mövqeyidir. Gorusun zəngin və əlverişli iqlimi bu mahalın böyük sərvətlərə malik olmasına səbəb olub.

Ana yurdum Gorus keşməkeşli bir tarix yaşayıb. Bu gün də onun üzərində qara buludlar tam çəkilməyib. Azərbaycanın qəlbi Zəngəzur dərdi ilə yaralıdır. Lakin bu dərdi çözəcək mətin Sərkərdəmiz, qəhrəman və qeyrətli oğullarımız vardır. Başda Ali Baş Komandanımız olmaqla, cəsur Azərbaycan övladları və bütövlükdə millətimiz tezliklə öz doğma elinə, obasına – Ana Vətəninə qovuşacaq.

Azərbaycan xalqının tarixi onun azadlıq və xoşbəxtlik uğrunda mübarizə tarixidir. Bu xalqın mübarizəsi və qəhrəmanlığı tarix boyu təsvir və tərənnüm edilib. Tarixə nəzər saldıqda Ana Vətən və torpaq uğrunda döyüşən qəhrəmanlarımızı görürük. İllər keçsə də, tarix və tarixi hadisələr bu günə şahidlik edir. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.

Əgər bu gün torpaqlarımızda rahat yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq. Əmin olun ki, əgər düşmənə qarşı qorxaqcasına davranan bir xalq olsaydıq, nə bu torpaqlarda qalardıq, nə də müstəqil dövlətə sahib olardıq.

Millətimizin yaşamasını və gələcək nəsillərə çatmasını təmin edən şəhidlərimiz heç bir qarşılıq gözləmədən bu fədakarlıqları ediblər. Onlar yalnız Ana Vətən uğrunda canlarını fəda ediblər.

Yuxarıda qeyd etdiyim kimi, mənim Ana Vətənim Zəngəzur mahalının Gorus rayonudur. Gorus rayonunun tarixən azərbaycanlıların yaşadığı bu kəndləri özünəməxsusluğu ilə seçilir. Bu kəndlər Şurnuxu, Ağbulaq, Qurdqalaq, Şahverdilər, Şamsız kəndləridir. Bu kəndlər əsrlər boyu yalnız azərbaycanlılara məxsus olub.

Adlarını çəkdiyim bu kəndlərin qəhrəman oğulları müharibə başlayandan etibarən torpaqlarımızın qorunması uğrunda mərdliklə döyüşüb, torpaq uğrunda canlarını fəda ediblər. Onlara cəsarət verən və sıralarını möhkəmləndirən Vətən və xalq sevgisi idi.

Bəli, bu beş kəndin də şəhidləri var. Biz onları Gorus Şəhidləri adı ilə əbədiləşdirib, bir təsəlli olaraq, xatirələrinin unudulmaması üçün Zəngəzurun giriş qapısı olan Şurnuxu kəndinin girişində şəkillərini yerləşdirdik.

Onlara dönə-dönə minnətdarlığımızı bildiririk. Ruhları qarşısında baş əyirik.

Natəvan Ağayeva

Əvvəlki Yazı

Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilində iki fələstinli kəndə hücum edib

Növbəti Yazı

Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və riskl

XƏBƏR LENTİ

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
13
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
16
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
2
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
2
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
6
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
16
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
34
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

01 İyun 2026 / 20:16
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.